Yaponiyada sürpriz hərrac: 1 kiloqram çay 26 min manata satıldı

19-04-2022, 08:04           
Yaponiyada sürpriz hərrac:
Yaponiyada xüsusi olaraq yetişdirilən və əldə emal edilən 1 kiloqram yaşıl çay 1,96 milyon yenə (təxminən 26 min manata) auksiona çıxarılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Şizuoka əyalətində yetişdirilən və emal edilən yaşıl çay yarpaqları mövsümün ilk auksionunda həvəskarlara təqdim edilib.

Bildirilir ki, Şizuoka əyalətinin mərkəzi şəhəri olan Fujinomiyada xüsusi istehsal olunan çayları ticarətçilər hərracda almaq üçün qızğın rəqabət aparırlar. Səhər tezdən başlayan hərracda ən yüksək qiymət bu bölgədə toplanan və tamamilə kustar üsulla işlənmiş 1 kiloqram yaşıl çaya verilib.

Belə ki, rəngi, qoxusu və yarpaq forması ilə seçilən 1 kiloqram qurudulmuş yaşıl çay 1,96 milyon yeni (təxminən 26 min manata) alıcı tapıb.

Qeyd edək ki, Şizuoka əyaləti yaşıl çayı ilə məşhurdur. Çünki ölkənin ən keyfiyyətli məhsulları bu bölgədə yetişdirilir. Yaponiya xüsusi istehsal edilən meyvə və tərəvəz məhsulları üçün ödənilən rekord qiymətlərlə tez-tez gündəmə gəlir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.