Çin Azərbaycandan keçəcək yeni dəmir yolu marşrutunu - İŞƏ SALIB

20-04-2022, 09:43           
Çin Azərbaycandan keçəcək yeni dəmir yolu marşrutunu - İŞƏ SALIB
Çin dəmir yolları Çin və Almaniyanı birləşdirəcək yeni Sian-Mannheim qatarının işə salındığını elan edib.

FED.az xəbər verir ki, yeni reys Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçəcək. Beləliklə, qatar iki dənizi - Xəzəri və Qara dənizi keçməklə yanaşı, 11,3 min kilometr məsafə qət etməli olacaq.

Dənizdən keçmək üçün dəniz nəqliyyatından istifadə olunacaq. Aprelin 13-də idman malları ilə yüklənən ilk qatar Sian şəhərindən yola düşüb.

Sian Azad Ticarət Limanının Tikintisi və Əməliyyat şirkətinin baş direktoru Yuan Syaotsyunun sözlərinə görə, əvvəllər az sayda Çin-Avropa qatarının keçdiyi ölkələri və bölgələri əhatə edən yeni marşrut həm Çinə, həm də beynəlxalq müəssisələrə beynəlxalq ticarət üçün yeni bazarlar açır. (Apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru