Ukrayna Rusiyanın vilayət qubernatorlarından birinin yaxın qohumunu əsir götürüb

20-04-2022, 10:10           
Ukrayna Rusiyanın vilayət qubernatorlarından birinin yaxın qohumunu əsir götürüb
“Biz bütün uraynalı əsirləri dəyişmək üçün əlimizdən gələni edirik”.

Teref.az “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.

“Ordumuz bir çox “maraqlı obrazları” ələ keçirib. Onlar çox qiymətlidir. Rusiyalı əsirlər arasında elə şəxslər var ki, onlarla 50-80 nəfəri dəyişmək olar”, - o söyləyib.

O.Arestoviç konkret ad çəkməyib, lakin rusiyalı məhbuslar arasında yüksəkrütbəli zabitlərin və siyasətçilərin qohumlarının olduğunu bildirib. O söyləyib ki, Ukrayna qoşunları Rusiyanın vilayət qubernatorlarından birinin əmisi oğlunu əsir götürüb.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında beşinci dəfə əsir mübadiləsi olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru