Rusiya Kiyevi heç bir halda tuta bilməyəcək – PODOLYAK

21-04-2022, 00:06           
Rusiya Kiyevi heç bir halda tuta bilməyəcək – PODOLYAK
Rusiya Kiyevi heç bir halda, heç bir şəraitdə tuta bilməyəcək, ikincisi, qayıtmaqla bağlı yekdil fikir söyləmək olmaz. Seçimi hər kəs fərdi şəkildə etməlidir.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Report-a müsahibəsində deyib.

Onun sözlərinə görə, təhlükəsizlik baxımından çətinliklər var, Kiyevə də qanadlı raketlər atılır, yəni risk mövcuddur:

“Logistika, rahatlıq baxımından nəzarət-buraxılış məntəqələri qurulub, komendant saatı qüvvədədir, nəqliyyat infrastrukturu tam işləmir, yəni logistika baxımından problemlər çoxdur. Amma iqtisadiyyat baxımından, insanların işləməsi, əhalinin Kiyevə qayıtması yaxşı olardı. Bu halda mağazalar açılar, xidmətlər bərpa olunar. Hər kəs özü qərar verməlidir. Əgər uşaqları kiminsə yanında qoyub şəhərə qayıtmaq mümkündürsə, bu, optimal variant olardı. Bununla paytaxtın iqtisadiyyatı yenidən işə düşərdi, bu isə bizimçün çox vacibdir. Amma anlamaq lazımdır ki, risklər qalmaqdadır. Rusiya şəhərlərimizə raketlər atmaqda davam edəcək. Hərbi vəziyyət qaldıqca komendant saatı və nəzarət-buraxılış məntəqələri də qalacaq. Yəni mülki infrastruktur tam işləməyəcək. Amma hesab edirik ki, ölkənin iqtisadiyatı üçün insanların iş yerlərinə qayıtması vacibdir. Əks halda, ölkə pulsuz qala bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru