“Günay Bank” mənfəətdən zərərə keçdi

26-04-2022, 00:01           
“Günay Bank” mənfəətdən zərərə keçdi
“Günay Bank” cari ilin 1-ci rübünə dair hesabatını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, 2022-ci ilin 1-ci rübündə «Günaybank»ın gəlirləri 4 milyon 669 min manat, xərcləri 4 milyon 567 min manat təşkil edib.
Dövrün nəticəsi olaraq Bank mümkün zərərlər üzrə 492 min manat ehtiyatlar yaradıb. 187 min manat isə vergi kimi ödənilib. Nəticədə «Günaybank» 1-ci rübü 577 min manat xalis zərərlə başa vurub.
Xatırladaq ki, ötən ilin 1-ci rübünü bank 879 min manat xalis mənfəətlə bağamışdı.

Bankın yaydığı məlumatda bildirilir ki, ki, “Günay Bank” ASC böyüməkdə davam edir.Belə ki, ilin əvvəlinə nisbətən Bankın ümumi aktivləri 4 341 000 manat yaxud 2 faiz çoxalmışdır.

Eyni zamanda Bankın kredit portfelində də, ilin əvvəli ilə müqayisədə 3 531 000 manat və ya 2 faiz artım baş vermişdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.