Rusiya ordusu Zaporojye vilayətinə hücuma hazırlaşır
26-04-2022, 07:59
Rusiyalılar cəbhə xəttinin Velikaya Novosyolka-Novodarovka-Malinovka hissəsinə çoxlu texnika və şəxsi heyət toplayıblar.
İşğalçılar Zaporojye vilayətinə hücuma hazırşlaşırlar. Bu barədə Feysbukda Zaporojye vilayət administrasiyası xəbər verib.
«İşğalçı Rusiya ordusu cəbhənin Velikaya Novosyolka-Novodarovka-Malinovka hissəsində çoxlu texnika və şəxsi heyət toplayıblar. Düşmən Zaporojye istiqamətində irəliləməyə cəhd edir, amma bu, ona çətin başa gəlir, çünki cəbhədə qüvələrin yerləşməsi dəyişməyib» - xəbərdə deyilir. Zaporojye isə müdafiəyə hazırlaşır.