HƏR AY 5 MİLYARD DOLLAR! – Ukraynaya maliyyə axını davam edir

26-04-2022, 20:30           
HƏR AY 5 MİLYARD DOLLAR! –
“Beynəlxalq Valyuta Fondu(BVF) xüsusi inzibati hesab açıb. Bu hesab vasitəsilə büdcəmiz hər ay vətəndaşlarımız qarşısında bütün sosial və humanitar öhdəliklərimizi yerinə yetirmək üçün 5 milyard dollar alacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal mətbuata açıqlamasında bildirib.

Şmıqal deyib ki, Ukraynaya yardım etməyə hazır olan ölkələr və BVF rəhbərliyi Ukraynadakı vəziyyəti yaxşı anlayır və adekvat qərarlar verməyə çalışırlar: “Şəxsən BVF-nin direktoru Kristalina Qeorqieva Ukraynadakı vəziyyəti dərindən anlayır. Onun Ukraynada ailəsi və əlaqələri var. O, Rusiya işğalçılarının Ukraynada hansı faciələr və vəhşiliklər törətdiyi barədə informasiyaya malikdir”.

Xatırladaq ki, bundan öncə Ukraynanın Maliyyə naziri Sergey Marçenko zəruri xərcləri ödəmək üçün rəsmi Kiyevin ayda 5 milyard dollara ehtiyacının olduğunu bəyan etmişdi. Göründüyü kimi, BVF bu problemi həll etməkdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.