Ukrayna SQ Baş Qərargahının əməliyyat məlumatı: Rus ordusu Xarkova hücuma keçib
27-04-2022, 10:31
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 27-də səhər saat 6:00-a olan əməliyyat məlumatında Facebook-da məlumat yayıb. Məlumata görə rus ordusu Xarkov vilayətində hücuma keçib.
Belqorod vilayətinin yaşayış məntəqələri ərazilərində düşmən “İsgəndər-M” OTRK-nın iki raket divizionunu yerləşdirib.
İzyum istiqamətində ruslar irəliləməyə çalışır.
İşğalçı ordu 76-cı Hava Desant Diviziyasından iki tabor taktiki qrupunu Belqorod vilayəti ərazisindən İzyum şəhərinə köçürüb.
Məlumatda həmçinin bildirilir ki, İzyum istiqamətində Şərq Hərbi Dairəsinin 1-ci Tank Ordusu, 20-ci Əlahiddə Ümumqoşun Ordusu, Qərb Hərbi Dairəsinin 35-ci Əlahiddə Ümumqoşun Ordusu və 68-ci Ordu Korpusu ilə hava desant qoşunlarının bölmələri Barvenkovo istiqaməti hücum əməliyyatları aparır.
"Düşmən Bolşaya Kamışevaxa qəsəbəsinin şimal-şərq kənarını ələ keçirib, həmçinin Zavodı qəsəbəsini də nəzarətə götürüb", - deyə məlumatda bildirilir. Mənbə: Moderator.az