Aclıq olarsa, Almaniya yardım edəcək

2-05-2022, 10:23           
Aclıq olarsa, Almaniya yardım edəcək
Almaniya kansleri Olaf Şolts Ukraynadakı vəziyyətə görə aclıqla üzləşə biləcək ölkələrə yardım edəcəyinə söz verib.

O, qeyd edib ki, Ukrayna əsas taxıl tədarükçülərindən biridir. Lakin hazırda ölkənin ixrac imkanları məhduddur.

“İndi biz müharibəyə görə aclıqdan əziyyət çəkənlər üçün narahat olmalıyıq. Belə ki, daha öz əhalisi üçün taxıl almağa gücü çatmayan ölkələr var. Biz bu kasıb ölkələri tərk etməyəcəyik, onları dəstəkləyəcəyik”, - Almaniya kansleri deyib.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru