Çinin nəzarətdən çıxan raketi Yerə düşdü 5-11-2022, 10:15 Çinin “Long March 5B” raketi Sakit Okeanın orta cənub bölgəsindən atmosferə girərək Yerə düşüb.Bu barədə ABŞ Kosmik Komandanlığının “Twitter”də verdiyi açıqlamada qeyd edilir.Çin bununla bağlı açıqlama verməyib. ABŞ-nin bəyanatına görə, atmosferə daxil olma vaxtı 13:01 olaraq qeyd edilib.Son modulu Çinin “Tianqonq” Kosmik Stansiyasına daşımaq üçün oktyabrın 31-də buraxılan 20 tonluq raketin Yerə qayıtması narahatlıq yaradıb.Nəzarətdən çıxan “Long March 5B” adlı raket daşıyıcısı Yer ətrafında saatda 28 min kilometr sürətlə fırlanaraq dünyaya girişini tamamlayıb. Facebook-da paylaş