Mask “Twitter”in gəlirlərinin azaldığını açıqlayıb

5-11-2022, 11:04           
Mask “Twitter”in gəlirlərinin azaldığını açıqlayıb
Sahibkar İlon Mask “Twitter”in gəlirlərinin azaldığını açıqlayıb.
O, bunun səbəbi ilə bağlı da açıqlama verib.

“Aktivist qrupların reklamçılara təzyiq göstərməsi səbəbindən “Twitter”in gəlirləri kəskin şəkildə azalıb. Baxmayaraq ki, kontentin moderasiyası ilə bağlı heç bir dəyişiklik olmayıb. Biz aktivistləri sakitləşdirmək üçün mümkün olan hər şeyi etdik. Bu, ciddi səhvdir! Onlar Amerikada söz azadlığını məhv etməyə çalışırlar”, - deyə o, “Twitter” hesabında qeyd edib.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.