İranda yeddi nəfər Britaniyaya cəsusluq etməkdə günahlandırılaraq saxlanılıb

26-12-2022, 10:07           
İranda yeddi nəfər Britaniyaya cəsusluq etməkdə günahlandırılaraq saxlanılıb
İranın molla rejiminin təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində yerləşən Kirman əyalətində Britaniya kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən 7 nəfəri saxlayıb.

Bu barədə bazar günü müvafiq dövlət qurumu bəyanat yayıb.

Məlumata görə, qrupa daxil olan bir neçə nəfərin ikili vətəndaşlığı olub və yaxın gələcəkdə İranı tərk etməyi planlaşdırsalar da, buna vaxt tapmayıblar.

Saxlanılanlar son iğtişaşlar zamanı “təxribatda və sui-qəsddə iştirakda” ittiham olunurlar.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru