Fransa Ukraynaya “Leclerc” tankları verə bilər

20-01-2023, 00:17           
Fransa Ukraynaya “Leclerc” tankları verə bilər
Fransa Ukraynaya “Leclerc” tankları verə bilər.

Bu barədə “Politico” qəzeti adı açıqlanmayan fransalı rəsmi şəxsə istinadən yazır.

“Məsələ mürəkkəbdir və hələ də Parisdə qərar qəbul edilməyib. Amma biz bu barədə düşünürük. Görək, Fransa və Almaniya nazirlər kabinetlərinin birgə iclasında nə qərar veriləcək”, – rəsmi şəxs deyib.

Xatırladaq ki, dekabr ayında Ukraynanın Baş naziri Denis Şmıqal rəsmi Kiyevin NATO standartlarına cavab verən tanklar, xüsusən də Fransa istehsalı olan “Leclerc” tankları almaq istədiyini demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru