“Google” 12 min işçini ixtisar etməyə hazırlaşır

21-01-2023, 12:09           
“Google” 12 min işçini ixtisar etməyə hazırlaşır
“Google”un “Alphabet” aparıcı şirkəti 12 min işçisini ixtisar etməyə hazırlaşır.

Bu rəqəm qlobal işçi qüvvəsinin 6 faizindən çoxunu təşkil edir.

Bununla bağlı şirkətin CEO-su Sundar Piçai işçilərə məktub yollayıb. O, məktubda bu qərarı verməyə məcbur olduğunu və məsuliyyət daşıdığını bildirib.

Bundan əvvəl isə “Amazon”, “Microsoft” və “Meta” (“Facebook”) şirkətləri də ixtisarlar barədə açıqlamalar vermişdi.

“Bu addım xərclərimizi tənzimləmək və mövcud kapitalımızı daha məhsuldar sahələrə yönəltmək məqsədi daşıyır”, - deyə CEO Piçai qeyd edib.

“Bizim süni intellekt sahəsində qarşımızda fürsətlər var”, - deyə o əlavə edib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru