ABŞ mərmi istehsalını maksimum həddə artırır

25-01-2023, 12:38           
ABŞ mərmi istehsalını maksimum həddə artırır
ABŞ Müdafiə Nazirliyi ayda 90 min mərmi istehsal edərək, 2 il ərzində artilleriya sursatlarının istehsalını 500% artırmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms” məlumat yayıb.

"Pentaqon 2 il ərzində artilleriya mərmilərinin istehsalını 500% artırmağı planlaşdırır. Bu isə Vaşinqtonun Koreya müharibəsindən bəri mərmi istehsalını görülməmiş səviyyəyə çatdırmağı hədəflədiyini göstərir. ABŞ Rusiya-Ukrayna müharibəsində Kiyevə edilən yardımlardan sonra silah anbarında yaranan çatışmazlığı doldurmaq üçün milyardlarla dollar sərmayə qoyur. Bu, həm də gələcək yardımlar üçün ehtiyat yaratmaqdır”, - məlumatda deyilib.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya təcavüzünə qədər ABŞ ayda 14,4 min idarə olunmayan mərmi istehsal edirdi. Lakin Ukrayna Silahlı Qüvvələrini təchiz etmək zərurəti Pentaqon rəhbərliyini sentyabrda hasilatı üç dəfə, yanvarda isə yenidən iki dəfə artırmağa vadar edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru