"Abrams"lar Krıma hücum üçün gəlir? - Ekspert

26-01-2023, 08:38           
"Abrams"lar Krıma hücum üçün gəlir? - Ekspert
ABŞ-ın verəcəyi “Abrams” tankları çətin ki, Ukraynaya Krımı nəzarətə götürməyə yardım etsin.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Valeri Qarbuzov deyib.

“Krıma gəldikcə, bununla bağlı şübhələrim var. “Abrams”ın Krımı qaytarmasına necə kömək edəcəyini bilmirəm. Birincisi, burada coğrafiyaya baxmaq gərəkdir. İkincisi də, düşünürəm ki, Ukraynanın əsas ərazilərini itirməsi səbəbindən Krım bir az onlar üçün ikinci plana keçib”, - ekspert bildirib.

Qeyd edək ki, ABŞ Ukraynaya 400 milyonluq paket daxilində “Abrams” tankları göndərəcəyini açıqlayıb.

Ukraynalı general Nikolay Malomuj isə tankların gəlməsindən iki ay sonra Zelenskinin Krıma hücum əmri verəcəyini iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru