Ermənistanın sabiq Baş naziri: “Ermənilərin Zəngəzurdan qovulması prosesi başlayıb”

27-01-2023, 09:29           
Ermənistanın sabiq Baş naziri: “Ermənilərin Zəngəzurdan qovulması prosesi başlayıb”
“Azərbaycan gec-tez Laçın dəhlizini açacaq, amma vaxtaşırı bu dəhlizi açıb bağlayacaq ki, Naxçıvana dəhliz alana qədər ermənilərin əhəmiyyətli hissəsi Qarabağdan çıxıb getsin”.

Teref.az yazır ki, ovqat.com-un məlumatına görə, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan erməni mediasına verdiyi müsahibəsində deyib.

O bildirib ki, Praqada Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ tanınmadan Azərbaycanın ərazi bütövlüyünün elan olunması rəsmi Bakının əlinin gücləndirib.

“Dörd ildən sonra biz ermənilərsiz Qarabağ və Zəngəzurdan keçən dəhlizi görəcəyik. Zəngəzur dəhlizini alan kimi Bakı bütün dünyanın gözü qarşısında Qarabağı dağıdacaq, heç kim bir söz deyə bilməyəcək. Zəngəzuru əldə saxlamaq istəyiriksə, “Artsaxı” da qorumalıyıq”, - Baqratyan bildirib.

Erməni siyasətçinin bildirdiyinə görə, artıq Cermuk və Qafanda hər yerdə ev satılır, 4 ay əvvəl isə belə deyildi, yəni ermənilərin Zəngəzurdan qovulması prosesi başlayıb.

O qeyd edib ki, Qərb ölkələri Zəngəzurdan keçən dəhlizə qarşı çıxmır: “Ruslar isə bildirirlər ki, yolun Ermənistanın suverenliyini pozmayan statusu olmalıdır. İrəvan hakimiyyət bu arqumentdən istifadə etmək əvəzinə, günahı ruslarda, Gümrüdəki bazada axtarır.

Nə qədər ki, Rusiya faktoru var, Paşinyan üçün Zəngəzur problemi var. Ona görə də Paşinyan bu problemdən qurtulub, ermənilərin köçəri xalqa çevrilməsi bahasına hakimiyyətini əbədiləşdirmək istəyir”, - Baqratyan vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.