Rusiya Donetski vurdu - Ölən və yaralananlar var-Fotolar

29-01-2023, 00:08           
Rusiya Donetski vurdu -
Rusiya Ukraynanın Donetsk vilayətinin Kostiantynivka şəhərini hədəfə alıb.

Hücumda ən azı 3 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

Həmçinin, hücum zamanı bir otel və çoxlu avtomobilin zərər gördüyü qeyd olunub.

“Həm insanlara kömək etmək, həm də rus işğalçılarının torpaqlarımızda törətdiyi növbəti cinayəti ictimaiyyətə göstərmək üçün xilasetmə qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir", - deyə Donetsk qubernatoru Kyrylenko bildirib.\\Qafqazinfo












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.