NATO və Ukrayna innovasiyalar üzrə dialoqa başlayıb

27-05-2023, 00:40           
NATO və Ukrayna innovasiyalar üzrə dialoqa başlayıb
NATO və Ukraynanın nümayəndələri mayın 25-26-da Brüsseldə elmi və ekoloji əməkdaşlıq üzrə işçi qrupunun iclasını keçirib və burada yüksək səviyyəli innovasiyalar üzrə dialoqa başlayıblar.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Bu dialoqun başlanması həm kommersiya, həm də müdafiə məqsədləri üçün innovasiyaların inkişafı ilə bağlı fikir mübadiləsi aparmaqla NATO və Ukrayna arasında mövcud tərəfdaşlığı genişləndirmək məqsədi daşıyır”, - sənəddə qeyd edilib.

Alyans həmçinin innovasiya dialoqu çərçivəsində mütəxəssislərini Ukraynaya göndərəcəyini vəd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.