Donetskin Staromayorskoye qəsəbəsi Ukraynanın nəzarətinə keçib.

28-07-2023, 10:14           
Donetskin Staromayorskoye qəsəbəsi Ukraynanın nəzarətinə keçib.
Bu barədə Zelenski öz Telegram kanalında şəxsən bildirib. Prezident qeyd edib ki, qəsəbənin işğaldan azad olunması Ukrayna Silahlı Qüvvələrinə çay boyunca irəliləməyə və cəbhəni iki hissəyə bölməyə kömək edəcək.
Qeyd edək ki, Ukrayna rəsmiləri dünən həqiqi əks-hücum əməliyyatlarına başladıqlarını bəyan etmiş və xüsusilə cəbhənin cənub-şərq bölgəsinə ehtiyat qüvvələrini göndərmişdilər. Staromayorskoye kimi strateji əhəmiyyət daşıyan qəsəbə əks-hücum əməliyyatları çərçivəsində işğaldan azad olunub.
Heydər Oğuz













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.