Rusiya diplomatları sentyabrda konsulluğun açılması məsələsi ilə bağlı Ermənistanın Zəngəzur vilayətinin Qafan şəhərinə gələcəklər. “AzPolitika.info” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
“Biz Sünik (Zəngəzur red.) vilayətinin Qafan şəhərində Rusiya Baş Konsulluğunun təntənəli açılışına fəal şəkildə hazırlaşırıq. Bu təşəbbüs mayın 25-də Moskvada keçirilən görüşdə liderlərimiz tərəfindən bəyənilib. Artıq sentyabr ayında Rusiya diplomatları bölgəyə səfər edəcəklər və onlar əməliyyat məsələləri ilə birbaşa "yerdə" məşğul olacaqlar”, - Qonçar deyib.
Xatırladaq ki, ötən il Qafan şəhərində İran İslam Respublikası konsulluq açıb, daha sonra bu günlərdə Avropa İttifaqının Ermənistandakı missiyası sözgedən şəhərdə ikinci təmsiliçilik yaradıb.