Ukrayna cənub cəbhəsində üstünlük əldə edib

9-08-2023, 13:31           
Ukrayna cənub cəbhəsində üstünlük əldə edib
Ukrayna ordusu cənub cəbhəsində qismən uğura nail olub.

“Qafqazinfo” “Strana” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri Andrey Kovalyov açıqlayıb.

Onun sözlərinə görə, ukraynalı hərbçilər əsas olaraq Verbovoye, eləcə də Priyatnoye və Urojaynoe istiqamətlərində uğur əldə edib.

Məlumatda deyilir ki, Rusiya ordusunun Donetsk vilayətinin Staromayskoe kəndi yaxınlığında əks-hücuma keçmək cəhdləri alınmayıb.

Bununla yanaşı, ukraynalı hərbçilərin Baxmutun cənubunda tutduqları ərazilərdə öz mövqelərini gücləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru