Moskva ətrafında güclü partlayış baş verib, nəhəng "göbələk" bir neçə km-dən görünüb

9-08-2023, 16:52           
Moskva ətrafında güclü partlayış baş verib, nəhəng "göbələk" bir neçə km-dən görünüb
"Hadisə nəticəsində 45 nəfər zərər çəkib, 6 nəfər reanimasiyadadır, 5 nəfər dağıntılar altında qalıb..."

"Bu zavod hərbi təyinatlı məhsullar, o cümlədən güc strukturları, sənaye və səhiyyə üçün optika-elektron cihazlar istehsal edir..."

Moskva ətrafında yerləşən Sergiyev Posad şəhərində bu gün səhər güclü partlayış baş verib. Şəhər üzərində qalxan "göbələyin" videosu Rusiya KİV-lərində, o cümlədən "Baza" nəşrində dərc edilib. İlkin məlumata görə, partlayışa səbəb dron zərbəsi olub.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, partlayış Zaqorsk optika-mexaniki zavodunda baş verib. Müəssisənin saytında deyilir ki, zavod "güc strukturları, sənaye və səhiyyə üçün optiki və optika-elektron cihazlarının aparıcı istehsalçısıdır". Bu zavod həm də hərbi təyinatlı məhsullar, o cümlədən tanklar üçün gecə hədəflərini istehsal edir.

Baş vermiş hadisə təcili xidmətlər tərəfindən təsdiq edilib. SİTA informasiya agentliyi yazır ki, partlayış "qazanxana rayonunda" baş verib, orada pirotexnika anbarı partlayıb və bu, detonasiyaya səbəb olub.

"Təsdiq edilməyən fərziyyəyə görə, fövqəladə hadisə dron hücumu nəticəsində baş verib", - bunu "NEWS.ru" nəşri "Teleqram-kanal"da yazıb.

"İlkin məlumata görə, 18 nəfər ağır yaralanıb, təxninən 70 nəfər zədə alıb". Ölənlər barədə məlumat verilmir. Təbii ki, pirotexnika elementlərinin heç bir izi yoxdur".

Bunu rusiyalı jurnalist məlumat verərək, hadisənin pirotexnika anbarında təhlükəsizlik texnikasına riayət edilməməsi səbəbindən baş verməsi haqqında Rusiyanın bəzi KİV-lərinin fərziyyəsini fəkzib edib.

Sonradan dəqiqləşdirilən məlumatda 45 nəfərin zərər çəkdiyi deyilir, 6 nəfər reanimasiyadadır, bunu bələdiyyə administrasiyasının mətbuat xidməti məlumat verib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, daha 5 nəfər dağıntılar altında qala bilər.

O, qeyd edib ki, reanimasiyada olan 6 nəfərdə yanıqlar və kəllə-beyin travmaları aşkar edilib. Daha 22 nəfər travmatologiya şöbəsinə yerləşdirilib. Yerdə qalanlarda orta ağır dərəcəli zədələnmələr var.

Partlayış nəticəsində həmçinin "Luç" idman kompleksi və Sergiyev Posad şəhərinin iki küçəsin yerləşən yaşayış evlərinə zərər dəyib, qubernator məlumat
verib. Zavodda bütün bina və sexlərdə təxliyyə elan edilib.

Bundan öncə məlumat verilib ki, avqustun 9-na keçən ge Rusiya paytaxtının yaxınlığında biri Domodedovo, ikincisi Minsk şosesi rayonunda olmaqla iki pilotsuz uçuş aparatları vurulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru