Hindistanda Qandinin nəvəsinin “ədəbsiz” jesti qalmaqal yaratdı

10-08-2023, 12:58           
Hindistanda Qandinin nəvəsinin “ədəbsiz” jesti qalmaqal yaratdı
Hindistan parlamentinin aşağı palatasında (Lok Sabha) müxalifət partiyasının lideri Rahul Qandinin (mərhum baş nazir İndira Qandinin nəvəsi – red.) jesti qalmaqal yaradıb.

Çərşənbə günü hökumətə etimadsızlıq səsverməsi ilə bağlı müzakirələrin ikinci raundunun keçirildiyi iclas zamanı o, çıxışından sonra zalda əyləşənlərə “hava öpüşü” göndərib.

Müzakirələr zamanı qadın və uşaq məsələləri üzrə nazir Smriti Zubin İrani hökuməti dəstəkləyib, müxalifət adından isə Hindistan Milli Konqresi (INC) Partiyasının lideri Rahul Qandi çıxış edib. Çıxışından sonra zalı tərk edən Qandi müvafiq jesti edib.
“Yalnız qadın düşkünü xanım deputatların oturduğu parlamentə öpüş göndərə bilər. Bu, parlamentdə heç vaxt görünməmiş ləyaqətsiz davranışdır”, - İrani bəyan edib. İndi o, Qandini məsuliyyətə cəlb etməyi düşünür. Onun fikrincə, Qandi qadınları “ədəbsiz” jesti ilə təhqir edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru