Rusiyanın tanınmış kosmonavtı vəfat edib

10-08-2023, 16:24           
Rusiyanın tanınmış kosmonavtı vəfat edib
Tanınmış sovet və rus kosmonavtı Aleksandr Viktorenko vəfat edib.

APA xəbər verir ki, bu barədə Yuri Qaqarin adına Kosmonavtların Tədrisi Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Viktorenko 76 yaşında vəfat edib. O, 1947-ci ilin 29 mart tarixində anadan olub.

Viktorenko “Mir” orbital stansiyasına dörd dəfə uçuş edib və 489 gün kosmosda olub.

Aleksandr Viktorenko Sovet İttifaqı Qəhrəmanının “Qızıl Ulduz” medalı və “Lenin” ordeni, “Oktyabr İnqilabı” ordeni, “Xalqlar Dostluğu” ordeni, III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə və əlavə 8 medalla təltif edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru