Şokolad qutusundan çıxan QƏRİBƏ TAPINTI: Bu gizli cəmiyyət baş verən hadisələrə... - FOTO

1-09-2023, 09:46           
Şokolad qutusundan çıxan QƏRİBƏ TAPINTI:
"PurpleHawk222" ləqəbli internet istifadəçisi bir qutu şokolad aldığını və orada qəribə məzmunlu qeyd tapdığını bildirib.

Publika.az xəbər verir ki, o, "Reddit" saytında gözlənilməz tapıntının fotosunu dərc edib.

“Mən indicə bir qutu şokolad aldım, açdım və içərisində bunu tapdım. Çox qəribədir", - deyə kişi yazıb.

O, yazıya dünyada baş verən hadisələrə görə məsuliyyət daşıdığı iddia edilən gizli cəmiyyətdən bəhs edən qeydin fotosunu əlavə edib.

Bu paylaşım internetdə qızğın müzakirələrə səbəb olub. Bir neçə şərhçi mağazalardan aldıqları əşyalarda eyni qeydləri tapdıqlarını söyləyib. İstifadəçilərdən biri bu qeydin müəllifinin psixi problemləri olduğunu iddia ediblər.

Müzakirənin digər iştirakçısı bildirib ki, belə məzmunlu qeydləri ABŞ-da "QAnon" konspirasiya nəzəriyyəsinin tərəfdarları yayırlar.

"Mənim ailəm buna inanır, hər zaman bu barədə danışırlar", - o şikayət edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.