Bakıda velosiped yolları ilə bağlı YENİLİK – Bundan sonra… - VİDEO
1-09-2023, 12:46
Prezident İlham Əliyev 2019-2023-cü illərdə avtomobil yollarında, küçə yol şəbəkəsində velosiped zolaqları və duracaqlarının yaradıla biləcəyi ərazilərin müəyyən edilərək tədbirlər görülməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsas müəyyən işlər görüldü. Bəzi prospekt və küçələrdə velosiped yolları salındı. Lakin Bakıda çox az hissədə rast gəlinən velosiped yollarının durumu heç də ürəkaçan deyil. Ekspert ərşad Hüseynov aztv-yə bildirib ki, Bakı şəhərində real olaraq velosiped üçün infrstruktur yoxdur. AYNA-nın mətbuat katibi Tural Orucov isə qeyd edib ki, velosiped yolları ilə bağlı yeni layihə hazırlanır. Ətraflı videomaterialda izləyə bilərsiniz: