Ukrayna kəşfiyyatının rəhbəri: “Rusiya 10 ildən sonra qisas almaq istəyə bilər”

2-09-2023, 00:04           
Ukrayna kəşfiyyatının rəhbəri:
"Rusiya 10 ildən sonra qisas almaq istəyə bilər”.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.

Onun sözlərinə görə, müharibə yekunlaşsa belə 10 ildən sonra yenidən başlaya bilər. K.Budanov belə bir ehtimalın olduğunu söyləyib:

"Rusiyanı hərbi cəhətdən bərpa etmək üçün 10 il lazımdır. Bundan sonra isə Rusiya qisas almaq istəyəcək”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru