Rusiya qitələrarası ballistik raketini döyüş vəziyyətinə gətirdi 2-09-2023, 00:09 Rusiya "Sarmat" strateji raket kompleksini döyüş hazırlığı vəziyyətinə gətirib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Roskosmos"un rəhbəri Yuri Borisov jurnalistlərə açıqlaması zamanı bildirib. ""Sarmat" strateji raket kompleksinin ekipajı döyüş növbəsinə daxil olub", - deyə qeyd olunub. Qeyd edək ki, "Sarmat" ağır çoxpilləli maye yanacaqlı qitələrarası ballistik raketdir. Facebook-da paylaş