Ukrayna cənubda irəliləyir - ABŞ-dan mühüm AÇIQLAMA

2-09-2023, 09:54           
Ukrayna cənubda irəliləyir -
Ukrayna Silahlı Qüvvələri son 72 saat ərzində ölkənin cənubunda əks-hücum əməliyyatı çərçivəsində nəzərə çarpacaq irəliləyiş əldə edib.

Bu barədə Ağ Evin Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da qoşunların irəlilədiyini açıqlayıb.

“Biz son 72 saat ərzində Ukrayna silahlı qüvvələrinin Zaporojye bölgəsindən kənara doğru irəliləmənin cənub xəttində bəzi nəzərəçarpacaq irəliləyişlər gördük”, - o deyib.

Kirbinin sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya müdafiəsinin ikinci xəttinə qarşı müəyyən uğurlar əldə ediblər.

Kuleba isə CNN telekanalına müsahibəsində bildirib ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatında uğursuzluğa düçar olmur, əksinə irəliləyir. “Bizə kömək edən tərəfdaşlarımız, o cümlədən ABŞ başa düşür ki, işlər düzgün istiqamətdə gedir. Onlar isə başa düşürlər ki, heç bir faciə və ya hansısa ləngimə yoxdur... Bu, ağır mübarizədir”, - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru