Yazdığı statusa görə edam ediləcək - Tarixdə ilk

3-09-2023, 15:44           
Yazdığı statusa görə edam ediləcək - Tarixdə ilk
Səudiyyə Ərəbistanında “X” sosial şəbəkəsində (Keçmiş “Twitter”) hökuməti tənqid edən yazılar paylaşan Mohammad Alqhamdi adlı müəllim edam cəzasına məhkum edilib.

Gundem.az xarici mediaya istinadən xəbər verir ki, bununla da tarixdə ilk dəfə bir şəxsin sosial şəbəkədəki paylaşımlarına görə ölüm cəzasına məhkum edildiyi qeydə alınıb. Səudiyyə hökumətinin X-də istifadəçilərin məlumatlarını necə əldə etdiyi məlum deyil. Digər hallarda səudiyyəli istifadəçilərin şəxsiyyətlərinin hökumətə sızdırıla biləcəyi və onların da uzun müddətə həbs oluna biləcəyi qeyd edilir.

Xatırladaq ki, daha əvvəl FTB-nin şikayəti və ABŞ-da federal araşdırma nəticəsində keçmiş “Twitter” əməkdaşı rüşvət qarşılığında məxfi istifadəçi məlumatlarını Səudiyyə hökumətiə satmaqda təqsirli bilinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru