57 yaşını da həbsxanada qarşılayır

25-05-2024, 16:44           
57 yaşını da həbsxanada qarşılayır
Bugün mərhum Prezident Heydər Əliyevin yaxın silahdaşlarından biri olmuş, sabiq deputat Hüseyn Abdullayevin doğum günüdür.

Ömrünün 6 ilini həbsxana divarları arxasında keçirən Hüseyn Abdullayevə azadlığa çıxmasına bir neçə gün qalmış yeni cinayət işi açıldı.

57 yaşını həbsxanada qarşılayan Hüseyn Abduılayevin anası Zeynəb Abdullayeva Gununsesi.info-ya müsahibəsində oğluna qarşı ədalətsizlikdən şikayətlənib: “6 il heç bir suçu olmadan yatızdırdılar. O da mən də bu 6 il ərzində nələr yaşadıq, Allah şahiddir. Birtəhər dözdük. İndi niyə mənim övladıma yenidən bu həyatı yaşadırlar? Mən anayam, dözə bilmirəm. Oğlumun yanına gedəndə özümü güclü göstərirəm. Amma o, bunu görür və stressə düşür. Səsimizi eşidən yoxdur, şikayətlərə, müraciətlərə baxılmır. Mən çarəsiz qalıb mətbuata çıxıram. Prezident İlham Əliyevdən xahiş edirəm ki, Hüseynin işinə ədalətli baxılmasına göstəriş versin. O canını, gəncliyini dövlətə, prezidentə xidmət edib. Mərhum prezidentimiz Heydər Əliyev hər yerdə, hamının gözü qarşısında bunu deyib”.

Qeyd edək ki, “Quska” ləqəbli Hüseyn Abdullayev siyasi mühacir statusu aldığı Almaniyadan Türkiyəyə gəldikdə tutulub və Azərbaycana təhvil verilib. Bundan sonra 2018-ci ildə 6 il azadlıqdan məhrum edilmişdi.

Bu ilin aprelində onun cəzası başa çatsa da, barəsində yeni cinayət işi açıldığına görə azadlığa çıxa bilməyib.

Eks deputat bu dəfə xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunsa da ittihamları rədd edir.

Hətta istintaq orqanı bu işlə bağlı hərəkətsizliyinə görə Hüseyn Abdullayevin vəkilləri tərəfindən məhkəməyə verilib.
Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.