Ana Kəmalə Ağazadəni TƏHDİD ETDİ: Uşaq dövlət müəssisəsinə verildi

20-02-2025, 11:34           
Ana Kəmalə Ağazadəni TƏHDİD ETDİ: Uşaq dövlət müəssisəsinə verildi
Ananın dayənin yanında unutduğu, sığınacağa yerləşdiriləndən sonra intiharla təhdid edərək geri almaq istədiyi körpə artıq Azərbaycan Uşaqlar Birliyindən çıxarılıb.

TEREF xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, uşaq artıq bir neçə gündür, dövlət müəssisəsinə yerləşdirilib.

"Ana ilə bağlı isə hüquq-mühafizə orqanları tərəfindən profilaktik iş aparılır", - K.Ağazadə bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün "Facebook" hesabından paylaşım edərək bildirmişdi ki, bir il öncə ana ikiyaşlı övladını dayənin yanına qoyaraq gedib və onunla 28 gün ərzində əlaqə saxlamayıb. Onun sözlərinə görə, dayə uşağın anasından xəbər çıxmadığını görəndə vəziyyətlə bağlı Azərbaycan Uşaqlar Birliyinin qaynar xəttinə müraciət edib. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə uşaq sığınacağa yerləşdirilib. Lakin bundan sonra naməlum şəxslər Kəmalə Ağazadəyə mesaj yazaraq uşağı anaya qaytarmayacaqları təqdirdə ananın intihar edəcəyi ilə hədələyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru