“HƏMAS” ölən girovların meyitlərini İsrailə təhvil verəcək

20-02-2025, 11:24           
“HƏMAS” ölən girovların meyitlərini İsrailə təhvil verəcək
Fevralın 20-də Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında öldürülən girovların, o cümlədən Bibas ailəsinin üzvlərinin meyitlərini İsrail tərəfinə təhvil verəcək.

TNS-in məlumatına görə, müvafiq bəyanatı “HƏMAS”ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının rəsmi nümayəndəsi Əbu Ubeydə yayıb.

Onun sözlərinə görə, Bibas ailəsinin üzvləri və Oded Lifşitsin meyiti cümə axşamı qarşı tərəfə təhvil veriləcək: “Onların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub”.

Qeyd edək ki, Kfir Bibas 2023-cü il oktyabrın 7-də “HƏMAS” silahlıları tərəfindən əsir götürülən zaman doqquz aylıq, qardaşı Ariel isə dörd yaşında olub. Onlar anası və atası ilə birlikdə Qəzzaya aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru