“O, əsl axmaqdır” - Mask

9-04-2025, 11:18           
“O, əsl axmaqdır” - Mask
ABŞ-li milyarder, Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ prezidentinin ticarət və istehsalat üzrə müşaviri Piter Navarronu axmaq adlandırıb.

Bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

“Navarro əsl axmaqdır. Onun dedikləri açıq-aydın yalandır. “Tesla” avtomobillərindəki Amerika komponentlərinin payı bazarda ən böyükdür. Navarro bir kisə kərpicdən daha axmaqdır”, - Mask bildirib.

Milyarder Navarronun “Tesla” şirkətinin elektrik avtomobilləri üçün komponentlərin əhəmiyyətli hissəsini xarici təchizatçılardan alması ilə bağlı açıqlamasını belə şərh edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru