"Baza" "Telegram" kanalının baş redaktoru və prodüseri həbs olundu

Dünən, 12:18           
"Baza" "Telegram" kanalının baş redaktoru və prodüseri həbs olundu
Moskvanın Zamoskvoretsk Rayon Məhkəməsi polis əməkdaşlarına rüşvət verməkdə ittiham olunan "Baza" "Telegram" kanalının prodüseri Tatyana Lukyanovanı iki ay müddətinə, sentyabrın 20-dək həbs edib. "Baza"nın baş redaktoru Qleb Trifonov isə daha əvvəl eyni iş üzrə həbs olunub.

Bu barədə "Kommersant" nəşri xəbər verir.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin əməkdaşlarından xidməti məlumatları satın alıblar və daha sonra "Telegram" kanalında dərc ediblər.

Nəşrin məlumatına görə, rüşvətlərin məbləği təxminən 100 min rubl (təxminən 2 170 manat) təşkil edib. Krasnodar, Krasnoyarsk və Belqoroddan olan hüquq-mühafizə orqanlarının əməkdaşları rüşvət almaqda ittiham olunublar.

Onlar Moskvaya gətiriliblər. Lakin bu iş üzrə saxlanılan polis əməkdaşları media orqanının jurnalistlərindən məlumat üçün pul aldıqlarını təsdiqləməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru