Bakı qumarxanaları artıq Sumqayıtda da fəaliyyətə başlayıb - Heç kim qanun saymır.

3-08-2015, 13:22           
Bakı qumarxanaları artıq Sumqayıtda da fəaliyyətə başlayıb -  Heç kim qanun saymır.
1998-ci ildə məhrum Heydər Əliyevin son qoyduğu qumarxanalar yenidən paytaxt və iri şəhərlərdə fəaliyyətini bərpa edib. teref.az "Azadlıq" qəzetinə istinadən verdiyi məlumata görə, artıq bir müddətdir paytaxtda, xüsusilə, Nəsimi rayonu ərazisində və mikrorrayonlarda lotoxanalar fəaliyyət göstərir.

Eyni hal Sumqayıtda da müşahidə olunub. Bəzi yerlərdə isə kompüter vasitəsilə qumar oyunları təşkil olunur. Özü də bu qumarxanalar gizli fəaliyyət göstərmir. Məlumatda deyilir ki, buna səbəb qumarxanaların yüksək səviyyədə himayə olunması ilə bağlıdır. Bəzi iddialara görə, qumarxana işlədənlər ərazi üzrə rəhbərliklə anlaşdıqdan sonra bu işi görməyə başlayırlar.

Məlumat üçün deyək ki, mərhum Heydər Əliyev qumarxanaların fəaliyyətinə 1998-ci ildə qadağa qoyub. 1998-ci ildən sonra Azərbaycanın heç bir yerində qumarxana fəaliyyət göstərməyib. Görünür, bu sahənin yaxşı gəlir mənbəyi olması qumarxanaların himayədarlarını Heydər Əliyevin qadağasını pozmağa həvəsləndirib.
P.S. teref.aznun əldə etdiyi məlumata görə bu qumarxanaların arxasında məchul yəhudi Gena deyilən bir adamdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru