Laçın Suvarma Sistemləri İdarəsi Maşallah Sadıqovun əmlakıdır

4-08-2015, 11:48           
Laçın Suvarma Sistemləri İdarəsi Maşallah Sadıqovun əmlakıdır
Bir az əvvəl Qarabağ müharibəsi veteranı əlil Ramiz Əhmədov Laçın Suvarma Sistemləri İdarəsinin rəisi Maşallah Sadıqovu büdcə vəsaitlərini mənimsəməkdə, idarədə çalışan işçilərin aylıq məvacibini mənimsəməyə cəhddə, idarədə çalışan şəxslərin başqa işlərdə də çalışmasında, suvarma idarəsinə məxsus maşın və mexanizmlərin imkanlı iş adamlarına icarəyə verilməsinə dair məsələlərdə ittiham etdi. Ölkə mediasında yer alan məlumatlardan belə başa düşüldü ki, Laçın Suvarma Sistemləri İdarəsi Maşallah Sadıqovun əmlakıdır, o da əmlakından istədiyi kimi istifadə edir. O zaman Maşallah Sadıqova qarşı bu ittihamların əsassız olmadığı da şübhə doğurmurdu. Çünki, idarə rəisi ona qarşı irəli sürülən ittihamları sükutla müşayiət etdi.

Hazırda faktinfo.az saytının elektron poçtuna oxşar məzmunlu göndərilən məktubda qeyd olunur ki, idarə rəisi Maşallah Sadıqovun gəliri idarəyə ayrılan yanacağın müxtəlif adlarla silinib mənimsənilməsi prosesindəndir. Suvarma Sistemləri İdarəsində adları olub özləri işə çıxmayan işçilərin məvacibinin mənimsənilməsi və hər il bir neçə avadanlığın nasos və s. ehtiyat hissələrinin alınması hesabına pul mənimsəmələri əsasən köhnə avadanlıqların təzə kimi rəsmiləşdirilməsindən, idarədə çalışan şəxsləri ixtisara salacağı ilə hədələnməsindən alınır. Bu əməliyyatlarda Maşallah Sadıqov yüz minlərlə qazanc götürür. Hətta, onun lazım olduqda özünə sərf bir şəkildə “Melorasiya və Su Təsərrüfatı” ASC-nin müavinlərinə yalan məlumat verdiyi də daxil olan məlumatlarda göstərilir.

Qarşı tərəfin mövqeyini bilmək istəsək də mümkün olmadı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.