Xaçmazda məmur özbaşınalığı... - FOTOLAR

18-12-2017, 11:17           
Xaçmazda məmur özbaşınalığı... - FOTOLAR
Xaçmazda 3 saylı orta məktəbin qabağında park illərdir ki, hasarlanıb. Heydər Əliyev prospektində yerləşən parka gözü düşənlər onu ələ keçiriblər və hasarı açmırlar.

AzEuroNews.com-un məlumatına görə, parkın mühasirəyə alınmasının səbəbi ərazinin məmurlar tərəfindən özəlləşdirilməsidir.

Bir müddət əvvəl faktın mediada ictimailəşməsi parkı hasarlayıb tikinti aparanları geri çəkilməyə məcbur edib. Amma bu günlərdə təzədən tikinti işlərinə başlanıb.

Torpaq Məcəlləsində xüsusi maddə var ki, ümumi istifadədə olan torpaq sahələri fərdi qaydada fiziki şəxslərə satıla bilməz.








Xaçmaz Təhsil Şöbəsi müdiri Mədinə Nurməmmədova bu torpağı əldə edərək, oğlunun adına sənədləşdirib.

Ona bu “əməliyyat”da rayonun icra başçısı müavini Bəxtiyar Osmanovun kömək etdiyi bildirilir.

Deyilənə görə, rayon təhsil şöbəsinin müdiri orda oğluna obyekt tikdirməyə hazırlaşır.

Sakinlərin sözlərinə görə, məktəb 50 ilə yaxındır fəaliyyət göstərir. Qarşısındakı bu kiçik park həm məktəblilərin, həm də ümumi istifadə torpaq sahələrinə aiddir.

Kiçik bir park da olsa əhalinin istifadəsində idi. Mədinə Nurməmmədova özü vaxtilə həmin orta məktəbin direktoru idi.

Təqribən 4-5 il əvvəl bu kiçik parkın ərazisini başqası almaq istəyəndə Mədinə xanım etiraz edib ki, ordan şagirdlər, valideynlər istifadə edir, satıla bilməz.

Sən demə, parkın ərazisini bu yaxınlarda özü alıb. Ərazini təzə alsa da sənədləşmənin tarixini saxtalaşdıraraq, 2005-ci ilə qeyd etdirib.

Və sənədləşmə işlərində Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevlə müavini Bəxtiyar Osmanovun xüsusi iştirakı olub.

Ən qəribəsi budur ki, vəzifəsi rayonun təhsil məsələlərinə diqqət yetirmək olan M.Nurməmmədova özü mətbuata açıqlamasında həmin ərazini aldığını təsdiqləyib. Yəni, biznesə girişdiyi ortalıqdadır.

Sitat: “Hansı xəritə ilə təsdiqlənir ki, ora məktəbə aiddir? Sağı da, solu da götürülüb, tikilib, mən götürəndə məlum oldu ki, məktəbin yeridir?

Sağına da baxın, soluna da. Boş yer kimi ortada qalıb. Oranın şagirdə heç bir maneçiliyi yoxdur.

Kim gördü ki, mən oranı nə vaxt aldım, nə vaxt sənədləşdirdim? Deyirlər başqa şeydir, fakt başqa. Özü də mənim adıma deyil ki, uşağın adınadır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.