ŞOK: "Uşaq baxçalarında mənşəyi məılum olmayan ətdən istifadə edirlər"

20-12-2017, 08:00           

Eyyub Hüseynov: "At ətinin sərbəst şəkildə satılması ona gətirib çıxartdı ki, ölkədə at əti istehsal edən müəssisələr meydana gəldi. Bunun ardınca da qurbağa fermaları yarandı"

"20 ilə yaxındır, at ətindən belə təhlükəli olan "leşyığan” şəbəkə ilə mübarizə aparırıq”.

Bu sözləri "Sherg.az”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Təşkilat sədri söyləyib ki, ölmüş heyvanların ətlərini yığıb, satan insanlar hələ də ölkəmizdə azad yaşayır:

"Təşkilatımıza Saatlıda yaşayan fermer məktubla müraciət etmişdi ki, xəstəlikdən ölən heyvanı həyətindəki itlərə atmayıb, qurd-quş yesin deyə, düzənlik əraziyə atıb. Həmin "leşyığanlar” isə ölmüş xəstə heyvanın ətini götürüb, satmağa aparıblar. Belə faktlar çoxdur. Bu işlə məşğul olan çoxlu sayda insanlar var. Bu sahəyə meyl edən şəxsin, həbs olunub, azadlığa çıxdıqda yenə əməlinə davam etməsi təəccüblü deyil.

Səhiyyə və Kənd Təsərrüfatı Nazirliyi belə mövqe tutublar ki, it, eşşək, at əti də satmaq olar, bir şərtlər ki, istehlakçıları aldatmaq olmasın. Bununla qətiyyən razı deyiləm. Azad bazar iqtisadiyyatı o demək deyil ki, Azərbaycan üçün ənənəvi olan, əti yeyilməyən heyvanların əti satılsın. Azərbaycanın varlı vaxtında nə ad vermək olar ki, kənd təsərrüfatı naziri hər cür ətin satılmasına icazə verir? Bu fikirlər tamamilə absurddur.

At ətinin sərbəst şəkildə satılması ona gətirib çıxartdı ki, ölkədə at əti istehsal edən müəssisələr meydana gəldi. Bunun arxasınca qurbağa fermaları da yarandı. Belə anormal vəziyyətdən uzaq olmaq lazımdır.

At əti satan şəxsləri Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq idarəsi ifşa edəndə cəmi 200- 400 manat cərimə edirlər. Yığılmış əti basdırırlar, vəssalam. Cinayətkarlığa qarşı mübarizə idarəsi isə hüquqi addımlar atır, əti ekspertizaya verir, həmin şəxsləri həbs edib, ictimailəşdirir. İnsanların bundan çəkinməsi üçün iş aparılır. İki dövlət orqanının fərqli addımlar atması ondan xəbər verir ki, həqiqətin axtarışı lazımi səviyyədə deyil.

Bu proses birbaşa Daxili İşlər Nazirliyinə(DİN) Həvalə olunmalıdır. Çünki ən effektiv işi onlar görürlər. Kənd Təsərrüfatı Nazirliyinin belə mövqeyi məni qane etmir. At, eşşək, murdar leş ətləri prestijli restoranlara, hətta uşaq bağçalarına doğru yol açır. Biz məktəbəqədər təhsil müəssisələrində monitorinq apardıq. Məlum oldu ki, burada istifadə olunan ətlərin əksəriyyətinin mənşəyi bəlli deyil. Kim necə istəyir, haradan istəyir əti alıb, həmin bağçalarda uşaqlara yedirdir. Bütün bunların qarşısı alınmalıdır”.

Qeyd edək ki, Teymur Həsənov adlı sosial şəbəkə istifadəçisi öz profilində at əti satan bir nəfərlə bağlı fakt paylaşıb. İstifadəçi bildirir ki, 2-3 ay əvvəl at əti satdığına görə tutulan şəxs hazırda azadlıqdadır və yeni eyni "biznes”lə məşğul olur.

Sözügedən statusu təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.