Vətəndaşdan Laçın icra hakimiyyətinin mövqeyinə SƏRT REAKSİYA - "İnanıram ki, bu faktlar qarşısında aidiyyatı orqanlar susmayacaq"
31-08-2015, 21:33
Laçın rayonunda yerli məmurlarla vətəndaşlar arasında gərginlik səngimək bilmir. Qeyd edək ki, az əvvəl Laçın RİH adından dia.az-a ünvanlanan şikayət məktubuna olan reaksiyanı təqdim etmişdik. İndi isə RİH-in mövqeyinə narazı tərəfdən reaksiya gəlib.
Həmin müraciəti dia.az olaraq olduğu kimi təqdim edirik:
"Sizin saytınızda gedən "Cənab Prezident bizi A.Səlimovun zülmündən xilas edin" başlıqlı yazıyla bağlı Laçın Rayon İcra Hakimiyyətinin açıqlamasında heç bir əsas olmadan adımın hallanması məni həddindən çox narahat etdi.Əvvəla onu deyimki rayonumuzdakı hazırki vəziyyətə uyğun olaraq hər hansı bir vəzifə əldə etməyim üçün maddi imkanım yoxdur və buna görədə vəzifə iddiasında deyiləm.Gələcəkdə maddi durumum yaxşılaşarsa xahişsiz filansız pulumu verib vəzifəmi alaram.Bir rayondakı saxta əmək kitabçası düzəltməklə, Kişini qadın yerinə analıq məzuniyyətinə çıxardanı, saxta diplomlunu və.s vəzifə verilirsə xa hişə ehtiyac yodur. Sadəcə Al-ver.
Laçın RİH-dən vəzifələrin pulla verilməsi iddiama etiraz edilərsə A.Səlimovun "kadırları" haqda sizə təkzibolunmaz faktlar təqdim edəcəyəm. İnanıram ki, bu faktlar qarşısında aidiyyatı orqanlar susmayacaq.
Əsas məsələ odur ki, nədən məhz mənim adım hallanır.
2012-ci ildə Laçın RİH-nın sabiq Başçısı R.Cəbrayılovla münasibətlərim pozulmuşdu.Həmin vaxtı Laçın RİHA-da Ümumi Şöbə müdiri işləyən E.Qasımov gizli yollarla bizə faktlar ötürürdü. Hətda xeyriyyə fondunundan dolayı yollarla çıxarılmış pulların cədvəllərinin surətlərinidə bizə ötürmüşdü. Sonradan R.Cəbrayılov biləndəki bizə məlumatları E.Qasımov ötürür onu dərhal dövlət sirrini yayma maddəsi ilə tutduğu vəzifəsindən uzaqlaşdırdı.R.Cəbrayılovun görəvindən götürülməsini planlaşdıran və şikayətçilərə fakt ötürməyi E.Qasımova tapşıran qüvvələr A.Səlimov Başçı təyin olunduqdan sonra E.Qasımovu yenidən Ümumu şöbəyə müdir təyin etdirdilər. Lakin E.Qasımov hesab edir ki, həmin vaxtlarda E.Qasımovun bizə fakt ötürməsini R.Cəbrayılova kimsə bizim ailədən deyib.Bunun üçündə bizim ailədən qisas almaq istəyir. Göstərdiyim məsələlərin hansı rayonlarda və kimlərin evlərində təşkil olunması, təşkilatçılar və rayondakı icraçılar barədədə yaxın günlərdə mətbuata geniş məlumat verəcəyəm.
Laçın Rayonunun Şeylanlı kənd sakini Baxışov Müqabil Baxış oğlu"