Vətəndaş "Hyundai Auto Azerbaijan"dan şikayətçidir... - Ölümdən qayıdıblar...

2-09-2015, 10:35           
Vətəndaş "Hyundai Auto Azerbaijan"dan şikayətçidir... - Ölümdən qayıdıblar...
Şəki şəhəri, Salman Mümtaz küçəsi, ev 3/3. ünvanda yaşayan İsmayılov Elşən Etibar oğlu tərəfindən DİA.AZ-a müraciət ünvanlanıb. Narazı vətəndaş yazır:

“Mən, 2010-cu ilin oktyabrın 1-də 2010-cu il istehsalı olan Hyundai-Sonata markalı, sedan tipli, qara rəngli, 2359 kub sm-lik mühhərikə malik olan minik avtomobili almışam. (“Unibankın” Şəki filialının köməkliyi sayəsində) Avtomobilin mühərrik N- G4KEAU033958, Ban N-si KMHEC41CBBA151083. Avtomobilin 5 illik zəmanət kitabçası da vardır.
Mən işimlə əlaqədar bir sahibkar olaraq tez-tez qonşu Gürcüstana gedirəm. Aldığım 55 BJ 730 dövlət qeydiyyat nişanlı avtomobilimi etibarnamə üzrə Şəki şəhəri, M.Abbasov küçəsi ev 34-də yaşayan qaynım Əskərov Fizuli Nizami oğluna sürməyə vermişəm. Bu müddət ərzində avtomobilimlə bağlı hər hansı problem olmamışdır. Lakin 26 iyun 2015-ci il tarixində F.Əskərov Bakıdan Şəki şəhərinə qayıdarkən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən 120-ci km-də 60- 80 km/saat sürətlə hərəkət edən zaman yola qəfil çıxmış sahibsiz heyvanları vurmamaq üçün avtomobili asfaltdan kənara çıxarmağa məcbur olmuş və bu zaman idarəetməni itirmişdir. Nəticədə baş vermiş ağır qəza nəticəsində avtomobil 4 dəfə aşmışdır. Qəza nəticəsində avtomobilin dam örtüyü, qabaq kapot hissəsi,sağ-sol yan qapıları əzilmiş, arxa şüşəsi tam sınmış, qabaq şüşədə çoxsaylı çatlar əmələ gəlmişdir.Avtomobildə olan sürücü Fizuli Əskərovun başı və bədninin müxtəlif yerləri əzilmiş, baldızının çiyni sınmış, baldızı oğlunun qolu ciddi zədələndiyindən Şəki Rayon Mərkəzi xəstəxanasında tikiş qoymuşlar. Mən onların müalicəsini indi də davam etdirirəm. Və bütün xərcləri də (3000 manata yaxın) şəxsən ödəmişəm. Qəza nəticəsində avtomobildə olan 3 nəfər ciddi sarsıntı keçirmiş, uzun müddət özlərinə gələ bilməmişlər.
Lakin çox təəssüflər olsun ki, zərbələr nəticəsində ön sərnişinlərin, sürücünün, arxa sərnişinlər və yan hava yastıqlarının açılmamış, sürücü və sərnişinlər bədən xəsarətləri almışlar. Baş vermiş qəza ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi polis mayoru Mehman Şükürov HK-1/703 saylı, 30 iyun 2015-ci il tarixli Arayış tərtib etmişdir. Arayışda qeyd edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar Hyundai-SONATA markalı 55 BJ 730 dövlət qeydiyyat nişanlı avtomobilin BDYPİ-nin YPXA-nın 5-ci tağımının Şəki rayonu ərazisində yerləşən 717-saylı stasionar postun duracağından çıxarılıb təmir edilməsi üçün aparılmasına icazə verilir”. Lakin ağır qəzadan sonra DYP-nin duracağından çıxarılan avtomobil indiyə qədər Şəki şəhərində qaynımın həyət evində saxlanmaqdadır. Onu belə vəziyyətdən sonra təmir etməkdənsə yeni avtomobil almaq daha yaxşı olardı. Məsələilə bağlı, yəni avtoqəza zamanı avtomobilin heç bir (cəmi 12 ədəd yastıq) təhlükəsizlik yastıqlarının açılmamasını biz istehsal qüsuru kimi qiymətləndiririk və bu barədə Hyundai-Azərbaycan Avto şirkətinin Şəkidə fəaliyyət göstərən dilerinə məlumat versək də onlar bu barədə bir söz deyə bilməyəcəklərini,Mərkəzi ofislə əlaqə saxlamağı bildirmişlər. Nümayəndəliyin Bakıdakı mərkəzi ofisi ilə iyul ayında əlaqə saxlasaq da zəmanət şöbəsinin müdiri bizi əvvəlcə texniki şöbənin müdiri Sənan Məmmədovla əlaqə saxlamağımızı məsləhət gördü. S.Məmmədov isə hal-hazırda məzuniyyətdə olduğu üçün məsələ açıq qalmışdır. Bildirmək istərdik ki, hələlik avtomobilə verilən zəmanət müddəti bu ilin oktyabrın 1-də bitəcəkdir.
Mən bir istehlakçı olaraq bu məsələnin ədalətlə çözülməsi üçün HYUNDAİ-AZƏRBAYCAN şirkətinə ( rəsmi nümayəndəliyə) təklif edirəm: Avtomobildə həqiqətən istehsalat qüsurunun olub –olmamasını aşkar etmək üçün,yəni, şirkət mütəxəssislərinin əmin olmasını təmin etmək üçün bu günədək təmir olunmamış “HYUNDAi-SONATA” markalı, 55 BJ 730 nömrəli avtomobilimin üzrərində !Hyundai” şirkəti mütəxəssislərinin və səlahiyyətli nümayəndələrinin,Azad İstehlakçılar Birliyinin,digər hal şahidlərinin iştirakı araşdırma aparsınlar. Qəza zamanı avtomobildə olan ailə üzvlərinin (ikisi azyaşlı uşaq olmaqla) ciddi bədən xəsarətləri almağımızla sağlamlığımıza xeyli ziyan dəymişdir. 50 gündür ki, sərnişinlərin sağlamlığı ilə məşğul oluram. Avtomobil qəzadan sonra elə vəziyyətə düşmüdür ki, artıq onu təmir etdirib yenidən istifadə etməyin heç bir mənası qalmayıb. Korpusundan əlavə mühərrik və beyin sistemi də tam yararasız hala düşmüşdür. Belə avtomobili xərc çəkib təmir edib sürmək ağılsızlıq olardı. Mən Hyundi-Sonata markasının son modelini ona görə seçmişdim ki, 12 təhlükəsizlik yastığına malik olduğundan güman edirdim ki, avtomobildə ailəm tam təhlükəsiz səyahət edə biləcək. Amma yanılmışam. Mənə 36000 (otuz altı min manat) AZN-ə başa gəlmiş avtomiobili 4,5 il müddətində istismar etmişəm. Bu qəzadan sonra Hyundai markasına artıq güvənmirəm. Odur ki, avtomobilin istismar müddətini nəzərə alaraq şirkətdən 20000 (iyirmi min manat) və sağlamlığıma dəymiş zərərə görə 4000 (dörd min manat), mənəvi zərərə görə isə 15000 manat cəmi 39000 (otuzdoqquz min manat təzminat verilməsini tələb edirəm. Qəzalı vəziyyətdə olan avtomobili isə Hyunday şirkəti götürüb hara istəsə apara bilər.
Biz “İstehlakçıların hüquqları haqqında” qanuna əsaslanaraq HYUNDAİ şirkətinin Azərbaycan nümayəndəliyinə qarşı iddia qaldırmağa məcbur olduq və baş vermiş hadisəyə reaksiya vermək istəməyən şirkətin fəaliyyətini antireklam olaraq MDB və yerli KİV-də işıqlandırmağı da planlaşdırmışıq.
Qeyd: 1. https://www.youtube.com/watch?v=h9TdG_w4Nxs (APA informasiya agentliyinin 17 avqust 2013-cü il tarixində yaydığı rəsmi məlumatdan) 16.08.2015-ci il tarixində 90 XD 699 nömrə nişanlı 2011-ci il buraxılışlı Hyundai-Sonata markalı avtomobil Qaraməryəm-Şəki yolunun 95-ci km-də,Oğuz rayonun Dəymədağlı kəndi yaxınlığında yanacaq tankerilə toqquşma nəticəsində təhlükəsizlik yastıqları açılmamış, nəticədə sürücü Zabit Salahov, onun arvadı Təranə Salahova və 2 yaşlı nəvəsi Orxan Musayev hadisə yerindəcə həlak olmuş, qızları Günay isə ağır yaralanmışdır. Lakin çox təəssüf ki, Hyundai şirkəti nə bu zavod qüsuru olan avtomobili ucbatından faciəli formada həlak olmuş ailəyə, nə də 90 XD 699 nömrəli Hyundai-sonata avtomobili sahibinə (kürəkənə) hər hansı kompensasiya bu günədək ödəməmişdir.
Qeyd 2. Təxminən bu yaxınlarda Şəki şəhərinin aşağı hissəsində Olimpiya Komitəsinin yaxınlığında, şəhərin giriş hissəsindədki şosse yolda surətlə gələn Hyundai-Sonata markalı avomobil qəfil idarəetməni itirərək yoldan çıxmış və qarşıdakı maneəyə çırpılmışdır. Qəza nəticəsində avtomobilin qabaq hissəsi tam yararsız hala düşsə də təhlükəsizlik yastıqları açılmamışdır. Bu barədə detalları ilə geniş məlumat verilə bilər.
Yəni təkcə Şəki rayonu qeydiyyatında olan Hyundai-Sonata avtomobillərinin qısa müddət ərzində baş vermiş qəza nəticəsində 3 eyni zavod qüsurunun olması üzə çıxmışdır. Deməli, digər hələlik qəzaya uğramamış Sonata markalı avtomobillərin də belə zavod qüsurlu olma ehtimalı vardır. Nəticəyə gəlmək olar ki, dünyaca məşhur olan Hyundai avtomobil şirkəti ciddi istehsal qüsuru olan bu tip markalı avtomobillərini əvvəlcədən planlaşdırdığı kimi 3-cü dünya ölkələrinə, o cümlədən Azərbaycana ixrac etməklə qəsdən öz mallarının məsuliyyətindən yayındırmaq üçün bu yerləri əlverişli hesab edir. Əslində isə Şirkət bütün dünyada qəbul edilmiş qaydalara görə zavod qüsuru aşkar edilmiş belə markalı avtomobilləri ixrac etdiyi ölkələrdən geri çağırmalı idi. Amma görünən budur ki, bu hələlik baş vermir. Məsləilə bağlı Hyundai Auto Azərbaycan MMC-nin mərkəzi ofisilə dəflərlə əlaqə saxlamışıq.Pərviz adlı şəxsin son təklifi bu olmuşdur ki, qoy dövlət orqanları bu işlə məşğul olsun. (yəni məhkəməyə müraciət edin. 18 avqust 2015-ci il tarixdə cavabdeh tərəfə məhkəməyə qədər təqdim etdiyimiz ərizə və sənədlər barədə aradan keçən 16 gün müddətində heç bir cavab verilmədiyindən məsələnin məhkəmə səviyyəsində həll edilməsinə qərar verdik. Məsələilə bağlı aidiyyatı dövlət orqanları da rəsmən məlumatlandırılmışlar”.

Qarşı tərəfi də DİA.AZ olaraq dinləməyə hazırıq...














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.