Abdin Fərzəliyevin 2 ov iti ölüb və buna görə isə it baxıcısı cəzalandırılıb

2-09-2015, 15:12           
Abdin Fərzəliyevin 2 ov iti ölüb və buna görə isə it baxıcısı cəzalandırılıb
Abdin Fərzəliyevin Almaniyadan qiyməti 20 min avroya aldığı iki iti dünyasını dəyişib.

Bundan əvvəl də Abidin Fərzəliyev itlərin qabağında qalan içalat qalıqlarına görə itə baxan şəxsi tənbeh etsə də, tamahına qalib gələ bilməyən it baxıcısı sonucda iki itin tələf olmasına səbəb olub.

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin ov həvəskarı olması və çoxlu sayda ov itlərini saxlaması ilə bağlı mətbuatda çoxlu əvvəllərdə məlumatlar dərc olunub. Qeyd edək ki, bir müddət əvvəl dövrü mətbuatda Abdin Fərzəliyevin Almaniyadan qiyməti 20 min avroya 2 it gətizdirdiyi ilə bağlı xəbərlər getmişdi. Həmin məlumatlarda qeyd olunurdu ki, icra başçısının 10-a yaxın ov iti var və onlar müxtəlif heyvanların ovlanılması müzrə xüsusi hazırlanmış tazılardır.

AzFakt.com saytına etibarlı mənbələrdən daxil olan məlumata görə bu yaxınlarda icra başçısının say-seçmə itlərindən ikisi qəfildən müəmmalı şəkildə ölüb. İtlərinin ölməsindən qəzəblənən icra başçısı onlara baxan şəxsi cəzalandıraraq işdən çıxardıb.

Mənbə iddia edir ki, it baxıcısı xüsusi qulluğa öyrənmiş ov itləri təzə ətlə qidalanmaq əvəzinə, it baxıcısı Abidin Fərzəliyevin itlərin qidalanması üçün verdiyi pulun bir hissəsini mənimsəyərək itləri içalatla bəsləyirmiş. Bildirilir ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı tazılarına baxan şəxsə ayda 800 manat əmək haqqı verirmiş. Bundan əvvəl də Abidin Fərzəliyev itlərin qabağında qalan içalat qalıqlarına görə, itə baxan şəxsi tənbeh etsə də, tamahına qalib gələ bilməyən it baxıcısı sonucda iki itin tələf olmasına səbəb olub. Bu isə təbii ki, icra başçısını qəzəbləndirərək özündən çıxarıb.

Mənbə bildirir ki, əvvəlcə it baxıcısını daha ağır şəkildə cəzalandırmaq istəyən icra başçısı sonradan ancaq həmin şəxsi qovmaqla kifayətlənib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.