Saatlıda baş həkim xəstəxanada "bazar" açıb

3-09-2015, 01:02           
Saatlıda baş həkim xəstəxanada "bazar" açıb
Redaksiyamıza Saatlı rayon Səhiyyə İdarəsi ilə bağlı ilginc məlumatlar daxil olub

Həmin məlumatda iddia edilir ki, Saatlı rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq və qnunsuzluq pik həddə çatıb.

Məlumatda qeyd olunur ki, hazırda Saatlı xəstəxanası demək olar fəaliyyət göstərmir. Mərkəzi xəstəxanada müasir tibb avadanlıqları olmasına baxmayaraq rayon sakinləri Sabirabaddakı regional tibb mərkəzinə və Şirvan şəhərində fəaliyyət göstərən özəl tibb müəsiəssinə müraciət edirlər.

Çünki Ələkbər Ələkbərovun rəhbərlik etdiyi Mərkəzi Xəstəxana başdan ayağa korrupsiyanın içindədir. İnformasiya mənbəmiz bildirir ki, Mərkəzi Xəstəxanada qeydiyyyat otağından başlayaraq əməliyyat masasına kimi hər bir prosesin öz məzənnəsi var. Vətəndaşlardan alınan rüşvətin qarşılığında belə normal tibbi xidmətin olmamasına görə sakinlər başqa rayonlara və özəl klinikalara daha çox müraciət etmək məcburiyyətində qalırlar.

Ələkbər Ələkbərovun baş həkimi olduğu tibb ocağında isə əlini cibinə salmayan xəstələr və onların yaxınları üçün əlavə problemlər yaradılır. Hazırda rayonda 32 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Rayon kəndlərində fəaliyyət göstərən 31 tibb məntəqəsi isə demək olar ki, yox vəziyyətindədir. Bu tib məntəqələrindən yalnız dərman və sarğı pereparatlarının silinməsi üçün istifadə olunur. Rayon sakinlərinin bildirdiyinə görə, Ə.Ələkbərovun işi tibb məntəqələrinin hesabına dövlət vəsaitlərini mənimsəmək və özünə var-dövlət yığmaqdan ibarətdir. Baş həkim hər dəfə bəh-bəhlə Mərkəzi Xəstəxananın təmirindən, oradakı aparatlardan danışır. Amma özü də yaxşı bilir ki, son illər Saatlı sakinləri rayon Mərkəzi Xəstəxanasına gəlmirlər. Çünki Ələkbər Ələkbərovun rüşvət sistemi onları bezdirib.

Vətəndaşlar normal tibbi müayinə, düzgün analiz və rüşvətsiz həkim axtarışındadırlar. Rayon sakinləri iddia edirlər ki, Ələkbər Ələkbərovun xəstəxanadkı əsas işlərini ən yaxın adamı və “dərman əməliyyatlarını” ustalıqla həyata keçirən baş mühasibi görür. Mənbəmiz bildirir ki, rayon kəndlərindəki tibb məntəəqləri demək olar formal işləyir. Bu məntəqlər yuxarıdaq qeyd etdiyimiz kimi daha çox Ələkbər Ələkbərovun pulsilmə işinə yarayırlar. Son 3 ildə Saatlı rayon Mərkəzi Xəstəxanasına 1,4 milyon manatlıq dərman pereparatları və sarğı ləvazimatları ayrılıb. 2013 cü ildə 470 min manat, 2014-cü ildə-473 min manat, 2015-ci ildə 465 min manat. Ancaq ayrılan dərman perepatlarının heç 30 faizi belə kənd tibb məntəqlərinə çatmayıb.

Baş həkim və baş mühasibi kənd tibb məntəqə rəisləri ilə birləşərək hər il ayrılan dərman və sarğı ləvazimatlarını sənədləşdirərək siliblər. Silinən dərman pereparatlaırnın hesabına isə yüz min manatlarla vəsait mənimsənilib.Mənbə idda edir ki, baş həkim Ələkbər Ələkbərov dərman pereparatlarını əsasən 12 tibb məntəqəsinin əli ilə silir. Ayrılan dərman pereparatlaır həmin 12 kənd tibb məntəqələrində çoxluğu ilə fərqlənir. Bu gün Saatlı kənd tibb məntəqlərində qəfil yoxlama aparılarsa o zaman ortaya ağlasığmaz faktlar çıxar.Belə ki, heç bir tibb məntəqəsində dövlət tərəfindən vətəndaşlara verilən 161 adda dərmandan ümumiyyətlə əsər-əlamət belə yoxdur.

Mənbəmiz bildirir ki, rayon xəstəxanasındakı bütün maxinasiyaların başında dayanan baş mühasib hər ay dövlət büdcəsinndən külli-miqdarda vəsait mənimsəməklə özünə yaxşı var-dövlət toplayıb. Qeyd edək ki, Saatlı Mərkəzi Xəstəxanası ilə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə bu səhiyyə ocağında baş vrən maliyyə pozuntuları, həmçinin baş həkim Ələkbər Ələkbərovla baş mühasibinin hansı kənd tibb məntəqələrinin əli ilə dərman perparatlarını silərək mənimsəmələri ilə bağlı oxucularımıza ətraflı məlumatlar verəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (gunxeber.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.