Elm və dini üz-üzə qoyan adam – Çarlz Darvin haqda maraqlı faktlar

3-03-2021, 09:42           
Elm və dini üz-üzə qoyan adam –
“Bütün həyatım boyu mənim əsas həzzim və yeganə məşğuliyyətim elmi iş və ondan irəli gələn həyəcan olub ki, o da pis əhvalımı bir müddət unutmağa və ya tamamilə aradan qaldırmağa imkan verib”.

Çarlz Darvin tərəfindən irəli sürülən təbii seçmə yolu ilə təkamül nəzəriyyəsi insan olaraq dünyadakı yerimizi şübhə altına aldı. İnsanların əcdadlarının primatlardan gəldiyi iddiası Qərb sivilizasiyasının əsaslarını sarsıdan fikir idi. Darvin bu fikri 20 il özündə saxladı. Nəhayət, “Növlərin mənşəyi” kitabını nəşr etdirəndə özünü “bir cinayəti etiraf etmiş kimi” hiss etdiyini söylədi.

Pis həkim

Çarlz Darvin 1809-cu il fevralın 12-də İngiltərənin Şrusberi şəhərində zəngin ailənin beşinci uşağı olaraq anadan olub. Uşaqlığında dindar olmayan xristian kimi böyüdülsə də, ailəsi yeni fikirlərə açıq idi. Onların nəsilləri Maarifçilik dövrünün görkəmli simaları arasında yer almışdı: köləliyə qarşı fikirləri ilə seçilən Jozayya Uecvud və “Zoonomiya” kitabında bir növün digərinə çevrilə biləcəyi (transmutasiya) haqqında radikal düşüncələrini dilə gətirən Erazm Darvin…

Darvin ata və babasının yolunu davam etdirərək 1825-ci ildə Edinburq Universitetində tibb təhsilinə başladı. Ancaq o, yaxşı həkim deyildi, anesteziyanın hələ mövcud olmadığı bu dövrdə Darvin müalicə üsullarını çox sərt hesab etdi. Ancaq Edinburq elm üçün ən yaxşı yerlərdən biri idi; Oksford və Kembric universitetlərində fikirlərinə dözməyən radikal düşüncəli insanları özünə çəkdi. Darvin transmutasiya haqqında nəzəriyyələri olan insanlarla tanış oldu. 1820-ci illərdə təkamül fikrinə ən yaxın anlayış transmutasiya konsepsiyası idi.

Qalapaqos adalarında

Həkim olmaq istəmədiyini başa düşən Darvin karyerasını kilsədə davam etdirməyə qərar verdi, 18 yaşında Kembricdə ilahiyyat öyrənməyə başladı. Tanrıya inanmayan insan deyildi, amma həyatının yeni istiqaməti onu həyəcanlandırmadı. Həyatını dindar tələbə olaraq biologiyaya, onu həqiqətən maraqlandıran sahəyə həsr etdi. Vaxtının çoxunu həşarat toplamaq və öyrənməklə keçirirdi.

1831-ci ildə məzun olduqdan sonra bir din xadimi olaraq işə başlamazdan əvvəl həyatının fürsəti qarşısına çıxdı. Kembric Universitetindəki müəllimi elmi araşdırmalar və müşahidələr üçün dünya səyahətinə çıxan “Biql” gəmisinə Darvini təbiətşünas olaraq tövsiyə etdi. O vaxtdan bəri beş il ərzində Darvin yerli geologiyanı öyrənərkən qarşılaşdığı növlərdən nümunələr toplayaraq dörd qitəni gəzdi. Uzun dəniz səyahətləri haqqında kitab oxumaq üçün çox vaxtı vardı. Çarlz Layelin “Geologiyanın əsasları” kitabı uzun müddət əzində kiçik dəyişikliklərin necə qənaət yarada biləcəyi barədə düşünməyə vadar etdi. Ancaq dəniz ürəkbulanmasından əziyyət çəkən biri kimi uzun səyahətlər həmişə asan deyildi. Bu haqda bir dəfə demişdi: “Dəniz bulantısının mənə verdiyi şey xəyal edə biləcəyimdən daha çox idi”.

Ancaq bulantı yalnız dənizdə deyil, həyatın qarşıdakı illərində də önünə çıxacaqdı. 1835-ci ildə Cənubi Amerikadan ayrıldıqdan sonra Ekvador sahillərindən 960 mil məsafədə yerləşən Qalapaqos adalarına çatdı. Məşhur inancın əksinə olaraq, Darvin kiçik vulkanik adalardan ibarət olan Qalapaqosa çatanda “evrika” anı yaşamadı. Orada qızılquşlar, tısbağalar və sərçələri araşdırdı, amma tapıntıları nəticə çıxarmaq üçün kifayət qədər təfərrüatlı deyildi. Bununla belə, müşahidələrindən əldə etdiyi nəticələr kifayət qədər genişlənmişdi.

Annanın öldüyü il

1838-ci ildə onun təkamül haqqında fikirləri inkişaf etməyə başladı. Darvin transmutasiyanın necə baş verdiyini o zamanın terminologiyasında gördü. Ətraf mühitinə daha uyğun olan heyvanlar daha uzunömürlü olurdu və sayları daha çox artırdı. Bundan sonra təkamül təbii seleksiya ilə kortəbii şəkildə baş verməlidir. Darvin bu fikri qəbul etməkdə çətinlik çəkdi, xristian dünyagörüşünə zidd idi. Babası transmutasiya haqqında yazdığına görə cəmiyyətdən kənarlaşdırılmışdı və o da eyni nəticədən qorxurdu. Buna görə də fikirlərini dünyaya açıqlamazdan əvvəl daha çox dəlil toplamağa qərar verdi. Bu vaxt səyahətlərində gördüklərini dərc edərək nüfuzunu artırdı.

1851-ci ildə - qızı Anna xəstələnərək öldüyü il Darvin də xəstələndi. Uzun müddət ürəkbulanması yaşadı. Xəstəliyi həyatında təkrarlanan maddəyə çevrilmişdi. Buna görə də zaman-zaman uzun müddət müalicə olunmalı idi. Darvin xəstəliyinin əlamətlərini araşdıran bəzi tarixçilər bunun tropik bir xəstəlik ola biləcəyini söyləyirlər. Digərləri bunun psixosomatik bir vəziyyət olduğunu və narahatlıq dövründə simptomların artdığını deyirlər. Buna görə, yeni nəzəriyyəsini dünyaya təqdim edərkən səhhəti daha da pisləşəcəkdi.

Uollesin dünya səyahəti

1858-ci ilin iyun ayına qədər Darvin təkamül haqda yarım milyon söz yazmışdı, lakin heç birini yayımlamamışdı. Darvinin pərəstişkarı olan və “Biql” gəmisiylə səyahətindən ilham alan Alfred Rassel Uolles o dövrdə buna oxşar səyahətə çıxmağa qərar verdi. Müşahidələri nəticəsində Darvindən ayrı olaraq təbii seçmə nəzəriyyəsini kəşf etdi və bunu yayımlamaq məqsədilə məsləhət almaq üçün Darvinə bir məktub göndərdi. Darvin başa düşdü ki, fikirlərini artıq dərc etməsə, Uolles təbii seleksiya nəzəriyyəsini inkişaf etdirmiş şəxs olaraq tarixə düşəcək. Ancaq Uolles uzaq bir gəmidə idi və onunla əlaqə qura bilmədi. Bu, Darvini etik bir çıxılmaz vəziyyətə saldı. Fikirlərini ifadə edib-etməyəcəyinə qərar vermək ağrısından əlavə olaraq, Uollesə qarşı ədalətli olmaq üçün nə edəcəyinə də qərar vermək lazım gəlirdi.

Nəhayət, Darvin 1858-ci ilin iyul ayında təbii seçmə yolu ilə təkamül nəzəriyyəsini elan etdi. Əlbəttə, Uollesin də haqqını verdi. Darvin fikirləri İngiltərədə ən yaxşı təbiət tarixi cəmiyyəti olan Linnev Cəmiyyətinə təqdim olundu. Darvin dostları ilə danışdıqdan sonra həm özünün, həm də Uollesin məqaləsinin eyni iclasda açıqlanmasına qərar verdi. Uolles səyahətdən qayıtdıqdan sonra Darvinin qərarlarını ədalətli hesab etdi.

Nəzəriyyənin izah olunduğu iclasa qatıla bilməyən yeganə şəxs Uolles deyildi, Darvin də 18 aylıq oğlu qızılcadan öldüyü üçün bu iclasa gələ bilməmişdi. Nəzəriyyəsini elan etdikdən təxminən bir il sonra, 1859-cu ilin noyabrında Darvin nəhayət nəzəriyyəsini kitab formasında nəşr etdirdi. “Növlərin mənşəyi“ adlı bu nəşr tarixdə yazılmış ən əhəmiyyətli kitablardan biri olacaqdı.

Elm və din üz-üzə

Darvin kitabın yazılma prosesi haqqında “Elə bil cəhənnəmdə idim” demişdi. Babası Erazm kimi bütün nüfuzunu itirməyə hazır idi. Kitab nəşr olunduqdan sonra kilsə və bəzi qəzetlərin kəskin tənqidlərinə məruz qaldı. Çox adam kitabın nəzərdə tutduğu şeydən şoka düşdü: insanların əcdadları primatlardan gəlirdi. Ancaq bəziləri Darvin kimi əhəmiyyətli bir simanın təkamül dəlillərini dinləməyə daha çox həvəs göstərdilər.

Darvin fikirlərini ictimaiyyət qarşısında müdafiə etməkdən çəkindi. Bunu başqaları, xüsusilə gənc bioloq Tomas Haksli etmək məcburiyyətində qaldı. XIX əsrdə elmi söhbət cəmiyyətdə böyük bir əyləncə sayılırdı və xüsusilə təkamüllə bağlı mübahisələr izdihamı özünə çəkdi. Hakslinin ən məşhur mübahisəsi Britaniya Birliyi adlı Elm İnkişafı Dərnəyinin konqreslərindən birində oldu. Bir çoxları tərəfindən elmlə Tanrı arasında açar döyüş kimi qəbul etdiyi bu mübahisədə Hakslinin qarşısında yepiskop Samuel Uilbertfors insanın İncilə görə yaradılmasını müdafiə edirdi. Müzakirələrin sonunda hər iki tərəf öz qələbəsini elan etdi.

Holland İntibah rəssamı Breygel tərəfindən təsvir olunan “Adəm və Həvva” mifi Darvindən əvvəl Qərb cəmiyyətlərində insanın mənşəyi məsələsində dominant fikir idi. Darvin xristianlıq haqqında “İnancımdan imtina etməkdə istəksiz idim. Bu səbəbdən inamsızlığın məni ələ keçirməsi uzun vaxt apardı, nəhayət, sonda məni tamamladı” demişdi. 1860-cı ilin iyun ayında baş verən bu mübahisə Darvinin Viktoriya cəmiyyətini necə sarsıtdığını göstərən əfsanəvi hadisələrdən biri oldu.

Qohum evliliyi

Darvin yaxın qohumların uşaq sahibi olması barədə bir xəbərdarlıq da yazdı. Ancaq bu xəbərdarlıq botanika ilə bağlı bir dərsliyin içində gizlədilmişdi. Darvin öz evliliyindən narahat idi. Darvinin arvadı və əmisi qızı Emmadan 10 övladı var idi. Darvin sadiq bir ataydı. Ancaq o günə qədər bir oğlu və iki qızını itirmişdi, digər uşaqları xəstəliklərlə mübarizə aparmışdı. Bir səhləbkimilərin öz-özünü mayalandırarkən daha az sağlam olduğunu görmüşdü və ailəsinin vəziyyətinin problemə səbəb ola biləcəyindən narahatdı. Bu səbəbdən 1871-ci ildə əhalinin siyahıya alınmasında veriləcək suallar arasına əmiuşağı evliliyini də daxil etmək istədi, lakin bu təklif rədd edildi. Kraliça Viktoriya da əmisi oğlu ilə evlənmişdi və Darvin başqa bir tabunu şübhə altına salmışdı.

Ən güclünün sağ qalması

1869-cu ilədək “Növlərin mənşəyi” dünya miqyasında ən çox satılan kitab oldu, bir neçə dəfə nəşr edilmişdi. Darvin mübahisələrini hər nəşrdə gücləndirdi. Ona yönələn tənqidlərə nə qədər çox cavab verirdisə, bir o qədər də güclü arqmunetlər ortaya qoyurdu. Beşinci buraxılışda filosof Herbert Spenserdən götürdüyü “uyğunlaşanın sağ qalması” ifadəsini istifadə etdi, yəni ətraf mühit şərtlərinə uyğun olanların sağ qalması…

“Ən güclünün sağ qalması” kimi də istifadə edilən bu termin qısa müddətdə Darvin fikirlərinin bir cümləlik xülasəsinə çevrildi. Darvin o dövrdə özünü aqnostik kimi görməyə başlamışdı. Aqnostisizm minilliklər boyu mövcud olsa da, bu anlayışı yaradan Haksli idi. Növlərin mənşəyini nəşr etdikdən on iki il sonra Darvin yalnız ilk kitabında nəzərdə tutduğu fikirləri izah etmək cəsarəti tapdı və 1871-ci ilin fevralında “İnsanın mənşəyi və cinsi seçmə” kitabı nəşr olundu. Kitabda birbaşa insan təkamülündən bəhs olunur, xristian mühafizəkarlığına qarşı yeni bir cəbhə açılırdı. Darvin ilk kitabını nəşr etdikdən 12 il sonra fikirləri qəbul olunmağa başladı. Viktoriya cəmiyyəti insanların meymunlarla ortaq əcdada sahib olub-olmadığı məsələsində dərin şəkildə bölündü, lakin bir çox nüfuzlu mütəfəkkir Darvinin fikirlərini dəstəklədi.

Yer üzünün ən şirin yeri

Son illərini artan xəstəliklərlə keçirən Darvin son ana qədər işini dayandırmadı. Son illərini yalnız həyat yoldaşını və bir neçə dostunu gördüyü inzivada keçirdi. Həyat yoldaşı Emma ilə din məsələsində ciddi fikir ayrılıqları olsa da, son aylarda ona xanımı baxdı. Azalan gücündən xəbərdar olan Darvin qonşuluğundakı qəbiristanlığı “yer üzünün ən şirin yeri” adlandırdı. 1882-ci il aprelin 19-da gözlərini əbədiyyən yumdu.

1727-ci ildə İsak Nyuton və Stiven Hokinqin dəfn edildiyi Londonun mərkəzindəki Vestminster Sarayının qarşısındakı Müqəddəs Peter Kilsəsində dəfn olundu.teleqraf.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.