Hikmət Hacıyev, Əhməd İsmayılov və mister X...
1-09-2022, 10:30
Səhər obaşdan gördüyüm bir şey ürəyimi gercəldən bulandırdı. Hikmət Hacıyev və Əhməd İsmayılova qarşı guya müdafiə xarakterli əslində əks təbliğat...İllərin təcrübəsinə söykənib deyirəm, birincinin adı keçən, ikinciyə ucu toxunan, o yazı biabırçılıqdır.
Gələk adıkeçən şəxslərə. Hər ikisi ilə nə dostluq, nə qardaşlıq bağım var, nə də qohumluq. Üstəlik deyim biləsiniz ki, məmləkətin balaca da olsa adı üzdə olan imzası kimi illərdir evdar jurnalistəm, çalışmıram.
Əslində bu ölkəyə, dövlətə və adıgedən şəxslərə hamıdan hikkəli olmalıyam. Amma standartı və gedişləri bilirəm. Bu gün konu bu olmadığı üçün heç onun da üstünə gəlmirəm. Bu günki təyinatlar və ya güzəran yaşayanların standartına tərs mütənasibəm bir bunu bilirəm.
Olsun, nə deyək, VƏTƏN SAĞ OLSUN! Mənim kimi az sayda qalmış adamlar da sözün şəhidi olsun qoy! Yəqin nə zamansa hörmətimiz bilirən, elə qədrimiz də...
...Əsas olan bu ki, ölkədə media üstündə gedən iyrənc qovğalar son bulsun. Dəqiq bilirəm bu gün dövlət Hacıyevə də, İsmayılova da get desə, gəldikləri kimi sakitcə gedəsi adamdırlar. Bir vəzifə üstündə ölkədə normal adamlara qarşı niyə belə eybəcər kampaniyalar olsun axı?! Baxaq...
1.Ağdama səfər oldu, Vüsalə ilə Aynur "dalaşdı"...
2.Şuşaya səfər oldu, Eynullayla, Murad, Elbrus qırğın saldı...
3.Diplomatlar Şuşaya getdi, orda da bir insident gündəm oldu...
Bir iki tanınanın da xətrinə dəydilər ki, onlar tez-tez desin Əhmədlə, Hikmət bacarmadı və bu olur. Mən bilmirəm kim nə bacarır və ya bacarmır. Bildiyim o ki, AZƏRBAYCANDA, AZƏRBAYCANLA NƏFƏS ALAN HƏR KƏS BİĞULUR, ƏZAB ÇƏKİR.
İki gün öncə bir doatuma demişəm, mən bu sorunu Allaha hər gün verirəm, gün gəlsin liderə də verim axı NİYƏ?
Əlqərəz, media, informasiya siyasətinə baş olmaq üstündə ölkədə qırğın gedir. Lütfən bu qırğına son qoyulsun. Qoyulsun ki, biz də insan kimi iş tapıb çalışaq. DÖVLƏTƏ, VƏTƏNƏ, XALQA peşə və peşəkar borcumzu yerinə yetirək. Yaltaqlanmadan, yarınmadan, əzilib-büzülmədən, boyun burub durmadan.
Nəhayət anlayaq ki, başı dik durmayan mediasız, vətəndaşsız ölkədə LİDER nə qədər qələbə qazanır qazansın, nə qədər iş görür görsün ŞƏXSİYYƏTLİ, SÖZÜ OLAN, HEGEMON, LİDER DÖVLƏT ola bilmaz! Bunu anlamayacağıqsa, bu təkcə peşəkar yox, həm də insanlıq faciəmiz olacaq.
Hörmətlə, Jalə Mütəllimova
Teref.az