2300 il bundan qabaq yaşamış Makedoniyalı Aleksandrın təyin etdiyi Atropatdan qabaq Azərbaycan türkü mövcud olmayıb bəyəm?
2-09-2022, 16:34
HÖRMƏTLİ AKADEMİK NİZAMİ CƏFƏROVUN ETNOGENEZ BARƏDƏKİ MƏQALƏSİNƏ:
Nizami Cəfərovun bu yaxınlarda "Ədəbiyyat" qəzetində dərc edilmiş "Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq, yaxud "Azərbaycan tarixi"nin birinci cildi Azərbaycan xalqı haqqında nə deyir?" məqaləsində Azərbaycan Türkünün etnogenezi barədəki fikirlərinə:
Azərbaycan Türkünün etnogenezindən danışanda, onu Atropatla bağlamaq nə dərəcədə doğrudur, müəllim?
2300 il bundan qabaq yaşamış Makedoniyalı Aleksandrın təyin etdiyi Atropatdan qabaq Azərbaycan türkü mövcud olmayıb bəyəm?
Bəs onda şeirinin sonunda yazıldığı ili də qeyd edildiyindən yaşadığı dövrü dəqiq bilinən və ona görə 3200 il yaş verilən Şairə BİDA HƏMMƏDANİNİN haradan peyda olduğunu kimdən soruşaq?:
"ƏRİDƏ UDİSZ KÜR DEYƏ Kİ, ARAZU DEYƏ,
GƏLƏ EDƏ SAVAB HUNCA DEYƏ, BARI HUNCA DEYƏ.
LA BARE KADRAMU HECÜ EDİM U HƏKÜDƏ*
KAŞ KİŞ BİDA SAĞALA, HƏMMƏDAN KUKU,
KAŞ Kİ, BİDA NUKUŞ ÜRİ HƏMMƏDAN KUKU".
*La (kədərim) Barıya (Allaha) yüksələrmi ki, mən də heca qoşum (şeir yazım) u quşun hekayəsində?
***
Bu, TÜRKÜN farsdan qabaqkı 1-ci İRAN "cehizi".
***
Bisutin qayasəthi yazısından ən azı 200 il əvvəl olan Luristandakı Qayasəthi Türk yazısını KƏBİR KUHDA qazıyan ulumuzun varlığını hansı haqla Aleksandrdan və ya onun təyin etdiyi Atropatdan soruşaq? Axı onu yazan onlardan qabaq yaşayıb orda:
"SƏN ŞƏMƏŞ SAKÜNNÜ, PALE! YA İDA AT DEMECE,
TƏPPƏLÜ AXAMEŞ NƏBU MƏRDUKA?"
Sən Günəşin sakini (sitayişkarı), ya qəməni siyir, ya hücuma imza at!
Axı Haxameş kimdi ki, o, NƏBU MƏRDUKUN İNAMINA GƏLSİN?
Bu da Türkün 2-ci İran cehizi.
***
TÜRKÜN BABİLDƏKİ 6 min illik cehizlərindən danışsam, onda gərək 2019-un İyulunda hörmətli ağsaqqalımız Qəzənfər Paşayevlə birgə özünüzün məmuniyyətlə AzTV ekranından millətə təqdim etdiyiniz 1300 səhifəlik "TÜRKÜN VƏ TÜRK DİLİNİN MƏNŞƏİ (MİXİ YAZILAR ƏSASINDA)" kitablarımın həm rusdilli versiyasını, həm də bu yaxınlarda Nyu Yorkda çapdan çıxacaq ingilisidlli versiyasını açıb bura töküm. Ona da yer yoxdur.
Ehtiramla.
_____________________
Şəkillərdə Azərbaycan Türkünü dünyaya gətirmiş sərkərdələr:
1. Aleksandrın divar eskiziş
2. Guya Atropat
Tariyel Azərtürk
Teref.az