Elçibəy: "Nə yaxşı ki, bizim türk dünyamızın Abbas Abdullası var"
5-09-2022, 09:24
4 sentyabr şair-yazıçı, siyasi xadim....milli azadlıq hərakatının fəal iştirakçılarından birinin Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olmuş böyük türkçü Abbas Abdullanın vəfat günüdür
Borçalının kəpənəkçi kəndində anadan olmuş Abbas Abdulla Müsavat Partiyası bərpa komissiyasının üzvü olub və dəfələrlə Məclisinə, Divan üzvlüyünə seçilib.
...O vaxt milli azadlıq hərakatında bir ağsaqqal sözünə ehtiyac var idi. Və təsadüfü deyil ki, tezliklə o, bu təşkilatın -Ağsaqqallar Şurasının üzvü seçilir.
O, kim idi? Şəxsiyyət idi.! Onunla tanışlığım Müsavat partiyasının bərpa olunması vaxtlarına təsadüf edib.Onu görəndə qabağına gedirdim..Onu görməyimlə duyduğum sevinci ona hiss etdirirdim.Və bundan duyğulandığını hiss edirdim. Böyük Türkçü ,Turançı idi
Düşünürəm ki, Abbas bəy Milli Azadlıq Hərəkatında iştirak edən o zamankı gəncliyin yaddaşında sözü bütöv insan, həqiqəti deməkdən çəkinməyən, cəmiyyətin problemlərinə biganə qalmayan mübariz ruhlu vicdanlı ziyalı kimi qalıb. Və Azərbaycan xalqı da incə ruhlu sevimli şairi, Turan və Bütöv Azərbaycan sevdalı vətəndaşının əziz xatirəsini daim yaşadacaq.
Abbas Abdulla bu vətənin Vətən Daşlarından biri idi
Allah Rəhmət Eləsin ...
Baba Allahnəzərov
Teref.az