"Mətbuat Şurasını biz yaratdıq, o da bizim əleyhimizə işlədi..." - Baş redaktor FAKTLARI AÇIQLAYIR

9-09-2022, 16:24           
"Mətbuat Şurasını biz yaratdıq, o da bizim əleyhimizə işlədi..." -
"Mətbuat Şurasını biz yaratdıq, o da bizim əleyhimizə işlədi..."
"Əslində, o zaman Əflatun Amaşov həm də bizim namizəd idi. Mətbuat Şurası ilk yarananda hər şey gözəl idi. O zaman rəsmi dairələr imkan yaratdılar və ilk dəfə olaraq müstəqil media ilə siyasi hakimiyyət çəkişərək ortaq bir iş ortaya qoydu". Bunu DİA.AZ-ın baş redaktoru Məhəmməd Ərsoy açıqlamasında bildirib.

Baş redaktor daha sonra davam edir: "Mətbuat Şurasını biz yaratdıq, quruculuğunda iştirak etdik. Sonradan Mətbuat Şurası bizim qatilimizə çevrildi, bizi hədəfə aldı.

Halbuki Mətbuat Şurası ideyasının təməlində tamam fərqli amallar dayanırdı. Düşünülürdü ki, Mətbuat Şurası dövlətlə, daha dəqiqi siyasi hakimiyyətlə bir əlaqələndirici təşkilat olacaq. Amma sonradan Mətbuat Şurası hakimiyyətin dəyənəyi kimi mətbuatın üzərinə yürüdü.

Bu gün də həmin körpüyə, əlaqələndiriciyə ehtiyac var. Maləsəf, MEDİA və Mətbuat Şurası eyni konteksdən çıxış edərək eyni qaydada müstəqil mətbuatı hədəfləyirlər, başqa amalları yox imiş kimi görünürlər.

Belə olan təqdirdə isə nə mətbuatın inkişafından danışmaq olar, nə də normal dəyərlərlə mövcudluğundan. Sizin mətbuat adına təqdim etməyə çalışdığınılz mirzəxanadır. Onun da iflasını son olaraq Əvəz Zeynallı olayında gördük..."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.