4200 İL DƏ BUNDAN ƏQDƏM ƏCDADIMIZ TÜRK ASLANA ŞİR DEYİRDİ
11-09-2022, 12:13
Birtaniya Muzeyində saxlanılan aşağıdakı basmaqəlib silindrin köməkliyi ilə lövhəyə aşağıdakı hecalar qazılıb:
"ip-hur" shita -AB.DI / inana-[ka].
Bu hecalı yazını Avropa müəllifi yenə də eyni məzmunda tərcümə edib, tariximizə qara qələm çəkir:
"Iphur, .....-priest of Inanna". Yəni,
İPHUR İnanna`nın keşişidir. -
ИПХУР .... ПОП (СВЯЩЕННИК) ИННАНЫ.
Şita kəlməsinin mənasın tapa bilmədiyindən üç nöqtə qoyub.
Eramızdan əvvəl 2100-cü ildə hazırlanmış lövhə İrakın cənubunda 4700 il bundan əvvəl İbrahim peyğəmbərin (Abraham) doğulduğu UR şəhərində zadəganlara və hökmdarlara məxsus məzarlıqdan aşkar edilib.
Aşağıdakı şəklin sol tərəfində rəsmin neqativi qazılmış ucları bürüncdən olan dairəvi möhür və kvarsdan düzəldilmiş lövhə verilib. Lövhə üzərində pəhləvan cüssəli iki igid qarşı-qarşya gəlib. Soldakı igid su kəlini minib öz yoluyla gedir. Bu anda qarşısına şiri ilə ova çıxmış birisinə rast gəlir. İgid şiri ilə artıq dağ keçisini ovlayıb. O yerdə yaralıdır. Şir iri kəli görən kimi ona hücuma keçir. Şəkildə ağır pəncəsi ilə kəli vurmaq anındadır. Çox gərgin anlar yaşanır.
Lövhənin sağında iki cərgə yazı türkcədir. Və o, kəl üstündəki igidin ağzından çıxan sözlərdir, şirin sahibinə müraciətdir. Bir də hecalara qayıdaq:
*** "ip-hur" shita -AB.DI / inana-[ka].
Qəlibləməsi: *** İP HUR SHİTA ABDİ İNANA KA
Azərbaycanca açması: *** İP HÖR ŞİRƏƏ, ABCİ, İNANA GƏ!
Oxunmada iki səhv gedibI: 1. ŞİRA əvəzində ŞİTA oxunub; 2. Bizim məşhur ABCİ ABDİ kimi verilib.
Yoldan kəli üstündə keçən İgid, görünür, zadəgan ailəsinin üzvü olub evində şir (aslan) saxlayan və hətta onunla ova çıxan "qudurğan" igidə deyir:
ABCİM, ŞİRƏƏ İP HÖR (yəni ONU QƏFƏSDƏ SAXLA) VƏ HAMI KİMİ İNANA (İMANA) GƏL!
Biz indi "İMANA GƏL" deyirilk. Ancaq İNAN da müqəddəs bir şeyə İnanmaq, itaət etmək deməkdir. Göründüyü kimi, bizdə o, feilin məsdər formasında qalıb - inanmaq. Amma Anadolu Türk lüğətində
İNAN - 1) вера (в кого-что л.); inana gəlmək - начинать верить во что; kimi mənalanır.
***
Birinci şəklin sağndakı yazı olan hissəni sola fırlatmaqla (dairəvi ox ona işarədir) hecaları oxumuşam. Və aydın olsun deybən, onların işarələrini qara rənglə ayrıca yazmışam.
***
Türkü Altaydan gəlmə hesab edənlər qoy öz düşüncəsiz düşüncələrində qalsınlar.
Adı qədim tarix səhifələrində çəkilməsə də (gil yazılarda var),
TÜRK DÜNYANIN İLKİDİR, BABİL SİVİL DÜNYASININ YARADICISIDIR!
Tariyel Azerturk
Teref.az